Ər-Riyad şəhəri

Səudiyyə Ərəbistanından öldürülmüş jurnalistlə bağlı daha bir maraqlı bəyanat gəldi

9984
(Yenilənib 10:16 22.10.2018)
Prokurorluq bu iş üzrə şübhəlilərin yalnız Səudiyyə məhkəməsində cavab verəcəklərini bəyan edib

BAKI, 20 oktyabr — Sputnik. Öldürülmüş səudiyyəli jurnalist Camal Qaşıqçı olayı ilə bağlı Səudiyyə Ərəbistanı Baş Prokurorluğundan yeni açıqlama verilib.

Səudiyyə Ərəbistanı Baş Prokurorluğundan verilən açıqlamada "Qaşıqçı olayı Səudiyyə Ərəbistanının ərazisi sayılan bölgədə olub. İstintaq başa çatanda müttəhinlər məhkəməyə çıxarılacaq" deyilib.

Prokurorluq bu iş üzrə şübhəlilərin yalnız Səudiyyə məhkəməsində cavab verəcəklərini bəyan edib.

Dünən Səudiyyə Ərəbistanı hökuməti Vaşinqton Post qəzetinin jurnalisti Camal Qaşıqçının ölkənin İstanbuldakı Baş konsulluğunda öldürüldüyünü təsdiq etmişdi. Bu barədə ölkənin baş prokuroru dövlət televiziyası ilə bəyanat yaymışdı.

9984