Camal Qaşıqçı nişanlısı Xədicə Cengiz ilə

Rəsmı etiraf edildi: Camal Qaşıqçı konsulluqda öldürülüb

596
(Yenilənib 09:36 20.10.2018)
Amma onun hansı formada öldürüldüyü və həmin şəxslərin kim olduğu barədə suala aydınlıq gətirilməyib

BAKI, 20 oktyabr — Sputnik. Səudiyyə Ərəbistanı hökuməti Vaşinqton Post qəzetinin jurnalisti Camal Qaşıqçının ölkənin İstanbuldakı Baş konsulluğunda öldürüldüyünü təsdiq edib. Sputnik Azərbaycan Reuters-ə istinadla xəbər verir ki, bu barədə ölkənin baş prokuroru dövlət televiziyası ilə bəyanat yayıb.

Hakimiyyət orqanları iddia edir ki, Qaşıqçı konsulluq binasında rast gəldiyi insanlarla münaqişə nəticəsində öldürülüb. Amma onun hansı formada öldürüldüyü və həmin şəxslərin kim olduğu barədə suala aydınlıq gətirilməyib.

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz əs-Səud ölkənin Ümumi Kəşfiyyat Xidməti rəhbərinin müavini general Əhməd Əsirini vəzifəsindən azad edib. O, kral sarayının müşaviri statusundan da azad olunub. Bundan başqa, vəliəhd şahzadənin müşaviri Səud ibn Abdulla əl-Kaxtani də vəzifəsindən kənarlaşdırılıb.

Həmçinin bildirilir ki, Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş bağlı Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb. Jurnalistin ölümü ilə bağlı araşdırma davam edir.

Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğuna gedəndən sonra yoxa çıxıb. O, boşanma haqqında sənəd almaq üçün konsulluq binasına girib. Onu binanın qarşısında gözləyən sevgilisi bildirib ki, jurnalist binadan çıxmayıb. Diplomatik missiyanın əməkdaşları isə Qaşıqçının konsulluğu tərk etdiyini bildirirdilər.

Türkiyə xüsusi xidmət orqanları konsulluqda 2 dəfə axtarış aparıblar. Onların məlumatına görə, Qaşıqçı binada Səudiyyə Ərəbistanından gələn xüsusi qrup tərəfindən öldürülüb. Daha sonra onun başı kəsilib, bədəni parçalanıb və xüsusi çamadanda konsulluq binasından çıxarılıb.

596
Teqlər:
Camal Qaşıqçı, etiraf, konsulluq, qətl, Səudiyyə Ərəbistanı, jurnalist
Əlaqədar
Səudiyyə şahzadəsi jurnalistin ölümü ilə əsas şübhəlidir - KİV
ABŞ mətbuatı: Səudiyyəli jurnalisti öldürən şəxs məlumdur
Başı kəsilən jurnalistin son məqaləsi yayımlandı
Yoxa çıxmış jurnalistlə bağlı qorxunc xəbər: Əvvəl barmaqlarını, sonra başını kəsiblər
Jurnalistin qətli bölgədə dəngələri kökündən dəyişə bilər
Jurnalistin yoxa çıxdığı yerdə 9 saat axtarış aparılıb

Putindən Ərdoğanla bağlı xoş sözlər: "Belə etibarlı tərəfdaşla işləmək xoşdur"

29
Rusiya lideri: "Türkiyə prezidenti Ərdoğan müstəqil siyasət yürüdür: Qərara aldı ki, ölkəsinə müasir HHM sistemi lazımdır, dedi və S-400 aldı".

BAKI, 22 oktyabr - Sputnik. "Türkiyə prezidenti Ərdoğan müstəqil siyasət yürüdür: Qərara aldı ki, ölkəsinə müasir HHM sistemi lazımdır, dedi və S-400 aldı. Belə etibarlı tərəfdaşla işləmək xoşdur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Rusiya prezidenti Putin Valday klubunda onlayn çıxışı zamanı deyib.

"Ərdoğan dedi biz bunu reallaşdıracağıq, biz də elədik. Digər sahələrdə əməkdaşlıq edirik. Mən bilirəm ki, Ərdoğan müstəqil xarici siyasət yürüdür. Bütün təzyiqlərə baxmayaraq, biz onunla çox qısa zamanda “Türk axını” layihəsini reallaşdırdıq. Amma Avropa ilə indiyə qədər bunu edə bilmirik, illərdir mövzu çeynənir. Avropa elementar müstəqillik və suveren iradə göstərib ona xeyir gətirəcək "Şimal axını-2" layihəsini reallaşdıra bilmir. Biz öz milli maraqlarımızı başa düşərək Türkiyə ilə bunu tez bir vaxtda elədik", - deyə Putin vurğulayıb.

29
Əlaqədar
Putin: "Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz"
Rusiya prezidenti: Minsk qrupu formatını bir az dəyişmək olar
Putin ümid edir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək
Rəcəb Tayyip Ərdoğan və Həsən Ruhani. İstanbul, 14 aprel 2016-cı il

Ərdoğan Ruhaniyə: Qarabağ məsələsində işğala məruz qalanla işğalçını ayırd etmək önəmlidir

18
(Yenilənib 21:40 22.10.2020)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığında Qarabağ məsələsinə toxunub.

BAKI, 22 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, telefon danışığı zamanı prezidentlər Türkiyə-İran əlaqələri, terrorla mübarizədə əməkdaşlıq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Suriya barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan torpaqlarını işğal edən Ermənistanın mülki əhalini atəşə tutmasının müharibə cinayəti olduğunu vurğulayan Ərdoğan deyib:

"Bu məsələdə haqlı ilə haqsızı, işğala məruz qalanla işğalçını ayırd etmək önəmlidir".

18