ABŞ prezidentinin müşaviri Rudolf Culiani

Tramp şəxsi vəkilini Yerevana göndərir

73
(Yenilənib 23:49 19.10.2018)
“Culiani bu yaxınlarda Corc Sorosu "antixrist" adlandırmışdı”

BAKI, 19 oktyabr — Sputnik. ABŞ prezidentinin müşaviri, Nyu-York şəhərinin sabiq meri Rudolf Culiani Ermənistana səfər edəcək. Sputnik Ermənistan xəbər verir ki, bunu öz "Facebook" səhifəsində erməni politoloq Suren Sarkisyan bildirib.

Politoloq eyni zamanda vurğulayıb ki, Rudolf Culiani Trampın dostu, müşaviri, eləcə də onun şəxsi vəkilidir.

"Xatırladım ki, Culiani bu yaxınlarda Corc Sorosu "antixrist" adlandırmışdı. Ona görə də, bir daha deyirəm: Soros və ABŞ bir-biri ilə bağlı deyil" – deyə Sarkisyan yazıb.

73
Teqlər:
Yerevan, müşavir, Donald Tramp, Rudolf Culiani