Hindistanda qatar insanların üstündən keçdi, onlarla adam öldü - VİDEO

© AP Photo / Prabhjot GillHindistanda qatar qəzası
Hindistanda qatar qəzası - Sputnik Azərbaycan
Abunə olmaq
Qəzanın baş verdiyi vaxt dəmiryol xətlərinin üzərində 500-700 insanın olduğu bildirilir

BAKI, 19 oktyabr — Sputnik. Hindistanın şimal-qərbində yerləşən Pəncab əyalətinin Amritsar şəhəri yaxınlığında qatar dini bayramda iştirak edən insanların üstündən keçib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, olay nəticəsində ən azı 50 nəfər ölüb, onlarla adam yaralanıb.

Qəzanın baş verdiyi vaxt dəmiryol xətlərinin üzərində 500-700 insanın olduğu bildirilir. Onlar “Ramayana” eposunun qəhrəmanlarından biri — Ravananın müqəvvasının yandırılması mərasimini izləyirmişlər.

Yerli hakimiyyət orqanları yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu bildirərək, ölənlərin sayının artacağını istisna etmirlər.

Xəbər lenti
0