Eber gölü

Urmiya faciəsi Türkiyədə təkrarlanır: Ən böyük göllərdən biri qurudu VİDEO

312
(Yenilənib 23:19 19.10.2018)
Kəndlilər indi vəziyyətin düzəldilməsi üçün iki yol təklif edirlər

BAKI, 19 oktyabr — Sputnik. Türkiyənin Afyonkarahisar bölgəsində olan Eber gölünə axan su qaynaqları kəsildiyi üçün göl tamam quruyub.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, göldən bəhrələnən və dolanan kəndlilər isə aqibətlərinin necə olacağını bilmirlər. Bu göl Türkiyənin 11 şirin su hövzəsindən biri olub. Eyni zamanda, köçəri quşların gəldiyi bir məkan kimi tanınıb. İnsanlar isə göldən əldə etdikləri qamışlardan müxtəlif əşyalar hazırlayıb sataraq dolanıblar. Bundan əlavə, kəndlilər balıqçılıqla da məşğul olublar. 

Kəndlilər indi vəziyyətin düzəldilməsi üçün iki yol təklif edirlər. Onlar gölə gələn suların qarşısının açılmasını və gölün yenidən yerinə qaytarılmasını istəyirlər. Bu olmadığı təqdirdə isə, həmin ərazilərin paylanmasını və əkinçilik üçün şərait yaradılmasını tələb edirlər.

312
Teqlər:
göl, kəndlilər, su, Türkiyə, quruma