Səs yazısı dinləyən adam. Arxiv şəkli

Səkkiz dəqiqəlik mübarizə səs yazısı - Müdhiş fakt ortaya çıxdı

479
(Yenilənib 12:37 19.10.2018)
Jurnalist Baş Konsulluqda olan şəxslər tərəfindən boğularaq qətlə yetirilib

BAKI, 19 oktyabr — Sputnik. ABŞ dövlət katibi Mayk Pompeo səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsinin səs yazısına qulaq asıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "ABC News"-a Türkiyədən yüksək rütbəli bir məmur məlumat verib.

Onun sözlərinə görə, səs yazısı Pompeoya Türkiyəyə səfəri zamanı təqdim edilib və ona səs yazısının stenoqramı təqdim olunub. "ABC News" mənbəyə istinadən xəbər verir ki, Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda 8 dəqiqəlik mübarizədən sonra öldürülüb. Qaşıqçı konsulluqda olan şəxslər tərəfindən boğularaq qətlə yetirilib.

Lakin ABŞ Dövlət Departamenti Pompeonun səs yazısını dinlədiyini və ya stenoqramı gördüyünü inkar edir. Bildirilir ki, dövlət katibi ötən gün Səudiyyə Ərəbistanı və Türkiyəyə səfəri ilə bağlı prezident Donald Trampa hesabat verib. Sonuncu isə daha sonra jurnalistlərə açıqlamasında Qaçıqçının böyük ehtimalla öldüyünü bildirib.

Qeyd edək ki, Türkiyənin "Yeni Şafak" qəzeti qətl zamanı yazılan səs yazılarına istinadən xəbər verir ki, yoxa çıxdığı bildirilən səudiyyəli jurnalist Camal Qaşıqçıya əvvəlcə işgəncə verilib, daha sonra başı bədənindən ayrılıb.

Nəşr yazır ki, Qaşıqçı İstanbulda Səudiyyə Ərəbistanının Baş Konsulluğunda olduğu vaxt ağır işgəncələrə məruz qalıb: "Sorğu zamanı onun barmaqlarını, daha sonra isə başını kəsiblər".

Qeyd olunur ki, Baş konsul Məhəmməd İbrahim əl-Uteybi Qaşıqçının konsulluqdan kənarda öldürülməsini istəyib, lakin Səudiyyədən gələn qrup buna məhəl qoymayıb. Hələlik Səudiyyə hakimiyyəti bu məlumatları şərh etməyib.

Bu arada, ABŞ-ın dövlət katibi Mayk Pompeo jurnalistin yoxa çıxması ilə bağlı Səudiyyə Ərəbistanı rəhbərliyi ilə danışıqların yekunları barədə məlumat verərkən qeyd edib ki, araşdırma şəffaf keçiriləcək və bu işə aid olan yüksək rütbəli məmurlar da daxil olmaqla, hər bir şəxs məsuliyyətə cəlb olunacaq.

O, həmçinin əlavə edib ki, Səudiyyə Ərəbistanı da araşdırmanın aparılmasında maraqlıdır və bu işə dəxli olan şəxslərin hamısı məsuliyyətə cəlb olunacaqlar.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi" – deyə səudiyyəli jurnalist müsahibəsində bildirib.

479
Teqlər:
Baş konsulluq, İstanbul, Türkiyə, səs yazısı, səudiyyəli jurnalist Camal Qaşıqçı, dövlət katibi Mayk Pompeo, ABŞ
Əlaqədar
Politoloq: “Qaşıqçının öldürülməsi geoploitik anlamda təsirsiz ötüşməyəcək”
Camal Qaşıqçı olayından yeni xəbər — Konsul qaçdı
Türklərdə Qaşıqçının ölümünə dair audio və video görüntü var - "Washington Post"
Tramp Qaşıqçı məsələsini nəzarətə götürdü
Tapança, arxiv şəkli

Tanınmış repçini güllələyib öldürdülər

6
(Yenilənib 00:13 13.07.2020)
Hüquq mühafizə orqanlarından verilən məlumata görə, onlar yol nəqliyyat hadisəsi barədə məlumat alıblar. Hadisə yerinə gələn polislər orada 30 yaşlı reperin meyitini görüblər

BAKI, 13 iyul — Sputnik. Tanınmış repçi Lil Marlo ABŞ-ın Atlanta şəhərində güllələnərək qətlə yetirlib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə polisə istinadla TMZ yazıb.

Hüquq mühafizə orqanlarından verilən məlumata görə, onlar yol nəqliyyat hadisəsi barədə məlumat alıblar. Hadisə yerinə gələn polislər orada 30 yaşlı reperin meyitini görüblər.

Посмотреть эту публикацию в Instagram

Thanks For Making Me Y’all Father I Wouldn’t Trade Y’all For Da World 🌎 #kemora #Rihanna #Marlo #Rudy Da Johnson Family

Публикация от 1st & 3rd Out Now ‼️ (@lilmarlo_1)

İstintaq hesab edir ki, musiqiçiyə o, sükan arxasında olarkən hücum edilib. Polis hadisənin təfərrüatını araşdırır.

 

6
Almaniyada polis, arxiv şəkli

Ox-yayla silahlanmış kişi dörd polisi tapançasız qoydu

7
Polisdən bildirilib ki, axtarılan 31 yaşlı İv Rauşun daimi yaşayış yeri yoxdur, əvvəllər isə qanunsuz silah saxladığına görə bir neçə dəfə polis bölməsinə gətirilib

BAKI, 12 iyul — Sputnik. Almaniyada bu gün qəribə hadisə yaşanıb. Günün ikinci yarısında Oppenau şəhərində polis geniş əməliyyatına başlayıb.

Sputnik Azərbaycan Baden Online-a istinadən bildirir ki, 100-dən çox polis və bir neçə patrul maşını 31 yaşlı kişini axtarırlar. Üç polis helikopteri də axtarışa cəlb edilib.

Məlum olub ki, yerli vaxtla 9:30-da dörd polis nəfəri meşədəki daxmada ox-yayla silahlanmış adam görüb. O, əvvəlcə özünü adekvat aparırmış, sonra isə qəfildən tapança çıxararaq polislərə doğru yönəldib. Polislər qəfil hərəkətdən çaşıblar, kişi isə onların hamısının silahlarını alaraq meşəyə qaçıb.

​Mittelbadische Press nəşri yazıb ki, şübhəli şəxs meşədə yaşayır. Polisdən bildirilib ki, axtarılan 31 yaşlı İv Rauşun daimi yaşayış yeri yoxdur, əvvəllər isə qanunsuz silah saxladığına görə bir neçə dəfə polis bölməsinə gətirilib.

​Axtarışlarda istilik kamerasının da istifadə olunmasına rəğmən şübhəli hələ də tutulmayıb.

 

7
Minaatandan atəş, arxiv şəkli

Tovuzda vəziyyət yenidən gərginləşdi

48
(Yenilənib 00:19 13.07.2020)
Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artilleriya atəşinə tutub. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir

BAKI, 12 iyul — Sputnik. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda deyilir.

Qeyd olunur ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artilleriya atəşinə tutub. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir.

Xatırladaq ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olublar.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

48
Əlaqədar
Tovuz istiqamətində döyüş gedir: hər iki tərəfdən itki var
İtki verən Ermənistan ordusu geri oturdulub
Ermənistan mətbuatının iddialarına Azərbaycan Müdafiə Nazirliyindən cavab
"Ermənistan üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır"
Müdafiə Nazirliyi Tovuzda şəhid olan hərbçilərimizin adlarını açıqladı