Camal Qaşıqçı nişanlısı Xədicə Cengiz ilə

Başı kəsilən jurnalistin son məqaləsi yayımlandı

192
(Yenilənib 18:36 18.10.2018)
“Biz yoxsulluqdan, təsərrüfatsızlıqdan və pis təhsildən əziyyət çəkirik”

BAKI, 18 oktyabr — Sputnik. "The Washington Post" qəzeti Səudiyyə Ərəbistanın İstanbuldakı Baş Konsulluğunda öldürüldüyü iddia edilən Camal Qaşıqçının son köşə yazısını dərc edib. Bu barədə Sputnik Azərbaycan nəşrə istinadən xəbər verir.

Onun hazırladığı sonuncu material "Ərəb dünyasının daha çox azad düşüncəyə ehtiyacı var" adlanır.

"Bu köçə yazısı onun ərəb dünyasında azadlığa olar bağlılığını aydın şəkildə əks etdirir. Öz həyatını belə qurban verdiyi azadlığı. Mən ona bir il əvvəl sonuncu jurnalist evi kimi "The Washington Post"-u seçdiyi və bizə onunla işləmək imkanını verdiyi üçün həmişəlik minnətdar olacağam" — deyə nəşrin redaktoru Karen Attia bildirib.

Köşə yazısında jurnalist iddia edir ki, bütün ərəb ölkəsində yalnız bir azad ölkə var ki, o da Tunisdir. O, köşə yazısında vurğulayıb ki, "Ərəb Baharı"ndan sonra hökumətlər əhalini cahillikdə və tabelikdə saxlamaq üçün KİV-də məqsədli şəkildə azad fikri məhv edirlər: "Ərəb dünyası xarici iştirakçılar tərəfindən deyil, hakimiyyət uğrunda mübarizə aparan daxili güclərin yaratdığı dəmir pərdə ilə qarşılaşmalı olur".

"Biz yoxsulluqdan əziyyət çəkirik. Biz yoxsulluqdan, təsərrüfatsızlıqdan və pis təhsildən əziyyət çəkirik" — deyə şöbə müdiri bildirib.

O, əmindir ki, azad KİV ərəb ölkələri effektiv olmayan hökumətlərin zülmündən ərəb ölkələrinin xalqlarını qurtaracaq güc olacaq.

Qeyd edək ki, Türkiyənin "Yeni Şafak" qəzeti qətl zamanı yazılan səs yazılarına istinadən xəbər verir ki, yoxa çıxdığı bildirilən səudiyyəli jurnalist Camal Qaşıqçıya əvvəlcə işgəncə verilib, daha sonra başı bədənindən ayrılıb.

Nəşr yazır ki, Qaşıqçı İstanbulda Səudiyyə Ərəbistanının Baş Konsulluğunda olduğu vaxt ağır işgəncələrə məruz qalıb: "Sorğu zamanı onun barmaqlarını, daha sonra isə başını kəsiblər".

Qeyd olunur ki, Baş konsul Məhəmməd İbrahim əl-Uteybi Qaşıqçının konsulluqdan kənarda öldürülməsini istəyib, lakin Səudiyyədən gələn qrup buna məhəl qoymayıb. Hələlik Səudiyyə hakimiyyəti bu məlumatları şərh etməyib.

Bu arada, ABŞ-ın dövlət katibi Mayk Pompeo jurnalistin yoxa çıxması ilə bağlı Səudiyyə Ərəbistanı rəhbərliyi ilə danışıqların yekunları barədə məlumat verərkən qeyd edib ki, araşdırma şəffaf keçiriləcək və bu işə aid olan yüksək rütbəli məmurlar da daxil olmaqla, hər bir şəxs məsuliyyətə cəlb olunacaq.

O, həmçinin əlavə edib ki, Səudiyyə Ərəbistanı da araşdırmanın aparılmasında maraqlıdır və bu işə dəxli olan şəxslərin hamısı məsuliyyətə cəlb olunacaqlar.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi" – deyə səudiyyəli jurnalist müsahibəsində bildirib.

192
Teqlər:
məqalə, ölüm, jurnalist, ərəb, İstanbul, Səudiyyə Ərəbistanı, "The Washington Post"
Əlaqədar
Jurnalistin qətli bölgədə dəngələri kökündən dəyişə bilər
Yoxa çıxmış jurnalistlə bağlı qorxunc xəbər: Əvvəl barmaqlarını, sonra başını kəsiblər
Səudiyyə şahzadəsi jurnalistin ölümü ilə əsas şübhəlidir - KİV
Jurnalistin yoxa çıxdığı yerdə 9 saat axtarış aparılıb
Şahzadə Salman jurnalistin qaçırılmasından xəbərdar olub - "The Washington Post"
Xorvatiya-Şotlandiya matçında oyun məqamı

Xorvatiya millisi şotlandiyalılara qalib gələrək AVRO-2020 pley-off mərhələsinə çıxdı

60
(Yenilənib 01:35 23.06.2021)
Futbol üzrə Xorvatiya yığma komandası Şotlandiya millisi üzərində Avropa çempionatının qrup mərhələsində qələbə çalaraq 1/8 final mərhələsinə yüksəlib.

"D" qrupunun son turunda Qlazqoda keçirilən qarşılaşma 3:1 hesabı ilə xorvatların xeyrinə başa çatıb. Qalib komandanın heyətində qolları Moskvanın MOİK komandasının oyunçusu Nikola Vlaşiç (17-ci dəqiqə), Luka Modriç (62) və İvan Pereşiç (77) vurublar.

Şotlandiyalıların heyətində Kallum Makqreqor rəqib komandanın qapısına yol tapıb (42).

Stadionda oyuna 9896 azarkeş tamaşa edib.

"D" qrupunun digər oyununda Londonda İngiltərə-Çexiya oyunu 1:0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb.

Beləliklə, İngiltərə yığması 7 xalla qrupun lideri olaraq çempionatın 1/8 finalına yüksəlib. Pley-off mərhələsində onun rəqibi "F" qrupunda ikinci yeri tutmuş komanda olacaq.

Xorvatiya millisi 4 xalla öz qrupunda ikinci yerdə qərarlaşıb və 1/8 finalda "E" qrupunda ikinci yeri tutmuş komanda ilə üz-üzə gələcək.

Çexiya millisi son oyunda məğlubiyyətə baxmayaraq qrupda üçüncü yerdən pley-off mərhələsinə adlaya bilib.

Qrupun autsayderi olan Şotlandiya millisi isə üç turda 1 xal toplayaraq turnirdə çıxışlarını başa vurub.

İngiltərə, Xorvatiya və Çexiya komandalarının 1/8 finaldakı rəqibləri çərşənbə günü müəyyən olunacaq.

60
İngiltərə millisinin oyunçuları qola sevinirlər

İngiltərə yığması Çexiya millisi üzərində qələbə qazanıb

54
(Yenilənib 01:31 23.06.2021)
Londondakı oyunda yeganə qolu Cek Qrilişin ötürməsindən sonra ingilislərin hücumçusu Rahim Sterlinq vurub.

Futbol üzrə İngiltərə millisi Avropa çempionatının qrup mərhələsində Çexiya komandasını məğlub edib.

"D" qrupunun üçüncü turunun Londonda keçirilən qarşılaşması 1:0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb. Oyunda yeganə qolu 12-ci dəqiqədə Rahim Sterlinq vurub.

Moskvanın "Spartak" komandasının və Çexiya millisinin yarımmüdafiəçisi Aleks Kral oyunun 64-cü dəqiqəsində meydana çıxıb.

Hər iki yığma komanda turnirin pley-off mərhələsinə vəsiqə alıb.

Bu dördlüyün digər oyununda Xorvatiya millisi Qlazqoda Şotlandiya komandasını məğlub edib.

İngiltərə yığması 7 xal qazanaraq D qrupunda 1-ci yerdən 1/8 finala çıxıb. Pley-offda onun rəqibi F kvartetindən ikinci komanda olacaq. Xorvatiya millisi 4 xalla ikincidir və 1/8 finalda E kvartetinin ikincisi ilə oynayacaq. 

Çexlər 4 xalla üçüncü pillədən pley-offa çıxıblar. 

Şotlandlar üç turdan cəmi 1 xal aldıqlarına görə turnirdəki çıxışlarını dayandırıblar. 

İngiltərə, Xorvatiya və Çexiyanın 1/8 finaldakı rəqibləri çərşənbə günü bəlli olacaq.

54
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı

Vüsal Qasımlı: “Rusiya hər üç Cənubi Qafqaz ölkəsi üçün əsas ticarət partnyorudur”

0
(Yenilənib 16:46 22.06.2021)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyir ki, “3+3” formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır
Vüsal Qasımlı: “Yeni format iqtisadi baxımdan böyük potensial vəd edir”

““3+3” formatı ölkələrinin kəsişmə coğrafiyası Cənubi Qafqaz, kənar həlqəsi isə Rusiya, Türkiyə və İrandır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

O bildirib ki, Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi cəhətdən lideri olmaqla bu formatın həm özəyində, həm də kənar həlqəsində həlledici mövqeyə malikdir: “Azərbaycan Qarabağ konfliktini uğurla həll etməklə, Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün zəmin hazırlayıb və “3+3” formatına əsaslar yaradıb.  “3+3” formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir: Bu miqyaslar onu göstərir ki, yeni format təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir. Cənubi Qafqaz ölkələri Avropa İttifaqı ilə Avrasiya İttifaqı bazarlarına oriyentasiya götürüblər, amma regional identiklik zəifdir. Hansı ki, regional ticarətin inkişafı da iqtisadi artım üçün əsaslar yarada bilər. Rusiya hər üç Cənubi Qafqaz ölkəsi üçün əsas ticarət partnyorudur, Gürcüstan və Azərbaycan üçün ikinci ən böyük ticarət partnyoru Türkiyədir. “3+3” formatı təkcə Cənubi Qafqazda regional ticarətə deyil, həm də Türkiyə, Rusiya və İranın da öz aralarında ticarət həcminə təsir göstərə bilər”.

Vüsal Qasımlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

0