Ermənistanın ikinci prezidenti Robert Koçaryan və müdafiə naziri Serj Sarqsyan hərbi hissənin yeni yeməkxanasının açılışında, (2003-cü il)

"Köhnə qvardiya"dan yeni həmlə - Sabiq prezident qayıdır

9580
(Yenilənib 13:54 18.10.2018)
Koçaryan: "Mən seçkilərə yeni, yenilənmiş komanda ilə getmək istəyirəm"

BAKI, 18 oktyabr — Sputnik. Ermənistanın sabiq prezidenti Robert Koçaryan yeni partiya yaratmaq və müxalifətə keçmək niyyətində olduğunu bildirib. Spuntik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti "RİA Novosti"yə müsahibəsində bildirib.

"Əgər siyasətə qayıdırsansa, onda bu barədə düşünmək lazımdır" — deyən Koçaryan öz partiyasını yaratmaq fikrində olduğunu bildirib.

Sabiq prezidentin sözlərinə görə, partiyanın adı prinsipial olaraq o qədər önəmli deyil: "Mənim hər hansı bir yüksək vəzifəni tutmaq niyyətim yoxdur. Əgər mənim belə bir niyyətim olsaydı, onda 10 il siyasətdən kənarda qalmazdım. Lakin vəziyyət elə formada dəyişir ki, mövqe, xarakter və bioqrafiya səni bu proseslərin içərisinə daxil olmağa vadar edir".

Növbədənkənar parlament seçkilərdə iştirak etməmək istəyindən danışarkən Koçaryan vurğulayıb ki, o sadəcə bunu vaxtla əlaqələndirib: "Mən partiyasız olmuşam. Bu isə o anlama gəlir ki, mən nəyisə bərpa etməli deyil, partiya yaratmalıyam".

"Mən özüm də seçkilərə yeni, yenilənmiş komanda ilə getmək istəyərdim. Yeni komanda qurmaq istəyəndə, adətən ilk addımlarınız nə olur? Sən tanıdığın, ətrafında olan, danışdığın və işlədiyin insanlara diqqət yetirirsən" — Koçaryan vurğulayıb.

Onun sözlərinə görə, mövcud vəziyyətdə yeni istedadlı, gənc və enerjili insanları cəlb etmək lazımdır: "Təbii ki, kimisə köhnə komandadan cəlb etmək lazımdır. Yeni nəsili proseslərə cəlb etmək üçün müəyyən müddət lazımdır".

9580
Teqlər:
partiya, siyasət, baş nazir Nikol Paşinyan, Robert Koçaryan, sabiq prezident, Ermənistan
Əlaqədar
Ermənistan - Türkiyə sərhədində gərginlik, dörd nəfər tutuldu
Ermənistanda gözlənilən baş verdi
ABŞ-ın Ermənistandakı səfirindən sensasion bəyanat: "Yerevan güzəştə getməli olacaq"
Məmmədyarov: "Ermənistanın sülhə nə qədər hazır olduğunu biləcəyik"