Ovçunun hobbisi başına bəla oldu

Abunə olmaq
Bu xəstəlik bədənə sürətlə yayılır və onu müalicə etmək hələlik tibb işçiləri üçün mümkünsüzdür

BAKI, 18 oktyabr — Sputnik. ABŞ-da maraqlı hadisə baş verib. Nyi-Yorkda bir kişi ovçuluq ilə maraqlanırmış. O, heyvanları ovlayaraq onların əti ilə qidalanırmış. Hətta həmin heyvanların beyinlərini də yeyirmiş.

Məhz bu cür qeyri-adi qidalar həmin ovçunun nadir xəstəliyə tutulmasına səbəb olub. Sputnik Azərbaycan xəbər verir ki, o, Kreysfeldt-Yakob xəstəliyinə tutulub. Bu xətəlik milyonda bir insanda görünür. Həmin xəstəlik heyvan əti yeyən zaman insana keçir. Bu xəstəlik nəticəsində insanlar nəfəs ala bilmir, yemək yeyə bilmir, özünüidarəetməni itirir. Bu xəstəlik bədənə sürətlə yayılır və onu müalicə etmək hələlik tibb işçiləri üçün mümkünsüzdür.

Kişi dələnin beynini yeyərək məhz bu xəstəliyə tutulub və qısa bir zamanda ölüb.

Xəbər lenti
0