Yoxa çıxmış jurnalistlə bağlı qorxunc xəbər: Əvvəl barmaqlarını, sonra başını kəsiblər

© Sputnik / Murad OrujovПриставленный к горлу нож, фото из архива
Приставленный к горлу нож, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Qaşıqçı İstanbulda Səudiyyə Ərəbistanının Baş Konsulluğunda olduğu vaxt ağır işgəncələrə məruz qalıb"

BAKI, 17 oktyabr — Sputnik. Yoxa çıxdığı bildirilən səudiyyəli jurnalist Camal Qaşıqçıya əvvəlcə işgəncə verilib, daha sonra başı bədənindən ayrılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti qətl zamanı yazılan səs yazılarına istinadən xəbər verir.

Nəşr yazır ki, Qaşıqçı İstanbulda Səudiyyə Ərəbistanının Baş Konsulluğunda olduğu vaxt ağır işgəncələrə məruz qalıb: "Sorğu zamanı onun barmaqlarını, daha sonra isə başını kəsiblər".

Qeyd olunur ki, Baş konsul Məhəmməd İbrahim əl-Uteybi Qaşıqçının konsulluqdan kənarda öldürülməsini istəyib, lakin Səudiyyədən gələn qrup buna məhəl qoymayıb. Hələlik Səudiyyə hakimiyyəti bu məlumatları şərh etməyib.

Camal Qaşıqçı - Sputnik Azərbaycan
Türklərdə Qaşıqçının ölümünə dair audio və video görüntü var - "Washington Post"

Bu arada, ABŞ-ın dövlət katibi Mayk Pompeo jurnalistin yoxa çıxması ilə bağlı Səudiyyə Ərəbistanı rəhbərliyi ilə danışıqların yekunları barədə məlumat verərkən qeyd edib ki, araşdırma şəffaf keçiriləcək və bu işə aid olan yüksək rütbəli məmurlar da daxil olmaqla, hər bir şəxs məsuliyyətə cəlb olunacaq.

O, həmçinin əlavə edib ki, Səudiyyə Ərəbistanı da araşdırmanın aparılmasında maraqlıdır və bu işə dəxli olan şəxslərin hamısı məsuliyyətə cəlb olunacaqkar.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi" – deyə səudiyyəli jurnalist müsahibəsində bildirib.

Xəbər lenti
0