Ermənistan polisi

Paşinyana qarşı kütləvi narazılıq baş qaldırıb, polis orqanları çalxalanır

9057
(Yenilənib 12:13 17.10.2018)
Polis əməkdaşlar öz müqavilələrini pozaraq kütləvi şəkildə sistemdən çıxırlar

BAKI, 17 oktyabr — Sputnik. Ermənistanda polis qüvvələri daxilində narazılıqlar baş qaldırır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın "Hraparak" nəşri yazıb.

"Kifayət qədər yumşaq şərtlərlə işləyən polislər yeniliyə — sərhəddə xidmətə alışa bilmirlər" — deyə məqalədə qeyd olunur.

Bu ilin avqustun 15-dən etibarən Paşinyanın imzaladığı qərarla daxili qoşunlar, polis qüvvələri 15 günlük növbə ilə xidmət aparmaq üçün Ermənistan — Azərbaycan sərhədinə və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərilir.

Onlar kifayət qədər təhlükəli ərazilərində xidmət aparmalı olurlar. Burada olduğu vaxtda isə onlara əlavə əmək haqqı ödənilir.

Nəşr mənbələrə istinadən yazır ki, onlarla polis əməkdaşı artıq öz müqavilələrini pozaraq sistemdən çıxıb: "Onlar sərhəddəki xidmətə görə verilən əlavə 32 min dram (112 manat 35 qəpik) ödənişdən imtina ediblər. Hələlik polis işçilərin kütləvi şəkildə istefa etməsinə dair şayiələri rəsmi olaraq təsiqləmir".

Onu da xatırladaq ki, dünən baş nazir Nikol Paşinyan istefa verib. Qarşıdakı 2 həftə ərzində yeni baş nazir seçilməməlidir. Ondan sonra növbədəkənar parlament seçkiləri keçiriləcək və yeni parlament yeni baş naziri seçəcək.

9057
Teqlər:
baş nazir Nikol Paşinyan, Ermənistan, polis, Azərbaycan
Əlaqədar
Paşinyanın istefa verəcəyi saat açıqlandı
“Paşinyan mənə nifrət edir” – Koçaryan amerikalılara danışdı
Trüdo və Paşinyan Qarabağdan danışdılar
Azərbaycan XİN-dən sərt Paşinyan bəyanatı