Türkiyədə ağır yol qəzası

Türkiyədə arzuolunmaz hadisə baş verib

70
(Yenilənib 11:16 17.10.2018)
Hadisə zamanı 7 nəfər ölüb, 24 nəfər isə yaralanıb

BAKI, 17 oktyabr — Sputnik. Türkiyədə ağır yol qəzası baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kahramanmaraşda bir avtobus ağır qəzaya uğrayıb.

Qəza 03:00-da baş verib. Kayseridən Kahramanmaraşa gələn 55 JA 466 dövlət seriyalı nömrəli avtobus yoldan çıxaraq aşıb. Hadisə zamanı 7 nəfər ölüb, 24 nəfər isə yaralanıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları cəlb olunub.Yaralılar xəstəxanalara aparılıb. Yüngül xəsarət alan sərnişinlərə isə tibbi yardım göstərilib və evə göndəriliblər.

70
Teqlər:
Kahramanmaraş, avtobus, Türkiyə, qəza
Əlaqədar
Bakıda növbəti avtobus qəzası: Ölən var
Həmyerlimiz Türkiyədə ağır qəza törətdi, yaralılar var
Rusiyada ağır qəza: 12 nəfər həlak oldu - VİDEO
Rusiya kosmik raketi qəzaya uğrayıb, ekipaj möcüzə nəticəsində sağ qalıb