Sosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli

“Instagram”da uşaq satanlar həbs edildi

31
(Yenilənib 02:22 17.10.2018)
Polisin sözlərinə görə, bu günə kimi bu profildən üç körpə satılıb

BAKI, 17 oktyabr — Sputnik. İndoneziya polisi sosial şəbəkə vasitəsilə uşaq satanları tutub.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 nəfər uşaq satan, bir nəfər isə müştəri saxlanılıb. Polisə aparılan 700-dən çox izləyicisi olan “Instagram” hesabının sahibi 29 yaşlı adam, səhifəyə fotoları qoyan 22 yaşlı qadın və bir ana saxlanılıb. Onların uşaq hüquqlarının qorunması qanununu pozduqları üçün 15 ilə kimi həbs cəzası veriləcəyini deyilir. 15 sentyabrda sonuncu paylaşım olub. Şəkilin altında bunlar yazılıb: "C86" adlı körpə, bir aylıqdır və müsəlmandır".

Maraqlananalar üçün WhatsApp nömrəsi də qoyublar. Polisin sözlərinə görə, bu günə kimi bu profildən üç körpə satılıb.

"Instagram" rəhbərliyi bildirib ki, bu platformada insan alveri və digər bu kimi cinayət hadisələri qəti qadağandır, belə hallar baş verdikdə həmin hesab biz tərəfindən bağlanır.

31