Paşinyanın istefa verəcəyi saat açıqlandı

© Sputnik / Asatur YesayantsПремьер-министр Армении Никол Пашинян на заседании правительства (8 июня 2018). Еревaн
Премьер-министр Армении Никол Пашинян на заседании правительства (8 июня 2018). Еревaн - Sputnik Azərbaycan
Abunə olmaq
Seçkilər hökumət başçısının istefasından 30 gün tez olmamaq və parlamentin buraxılmasından 45 gün gec olmamaq şərti ilə keçirilməlidir

BAKI, 16 oktyabr — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyan bu gün Bakı vaxtı ilə saat 20:00-da İctimai Televiziya vasitəsilə istefaya getdiyini elan edəcək. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan hökumətinin mətbuat katibi Arman Yeqoyan bildirib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın "Jamanak" qəzeti hökumətdəki mənbələrə istinadən xəbər verib ki, Ermənistan parlamentinə növbədənkənar seçkilər 9 dekabr 2018-ci ildə keçiriləcək.

Nəşr yazır ki, hələlik Ermənistanın baş naziri Nikol Paşinyanın nə vaxt istefaya gedəcəyi məlum deyil. Lakin ölkə qanunvericiliyinə əsasən, seçkilər hökumət başçısının istefasından 30 gün tez olmamaq və parlamentin buraxılmasından 45 gün gec olmamaq şərti ilə keçirilməlidir. Bununla da seçkilər noyabrın sonu-dekabrın ortaları aralığında keçirilməlidir. 

Посол США Ричард Миллс во время встречи и.о. премьер-министра Карена Карапетяна с аккредитованными в Армении послами (24 апреля 2018). Ереван - Sputnik Azərbaycan
QARABAĞ
ABŞ-ın Ermənistandakı səfirindən sensasion bəyanat: "Yerevan güzəştə getməli olacaq"

Qəzet vurğulayır ki, prosessual proseduralar nəzərdə tutulanda baş nazirin seçilməməsi, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsinin təyini kimi məsələlər nəzərdə tutulur.

Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyanın növbədənkənar parlament seçkiləri keçirmək barədə təklifini ən azı 55 deputat dəstəkləyib. Məlumatda qeyd olunur ki, bu səsvermə Paşinyana parlamentdə səs çoxluğu və dekabrda növbədənkənar parlament seçkiləri keçirmək hüququ verir.

Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Paşinyan istefa verməli və parlament iki həftə ərzində yeni hökumət başçısı seçməməlidir.

Xəbər lenti
0