Terminal vasitəsilə ödəmə

Hamıya xəbərdarlıq edilir: Bank hesablarınız təhlükədədir

116
(Yenilənib 22:11 15.10.2018)
Administratorun müəllif hüquqlarını ələ keçirən bu proqram kibercinayətkarlara cihazları uzaqdan idarə etməyə imkan yaradır

BAKI, 15 oktyabr — Sputnik. Cisco şirkətinin kibertəhlükəsizlik üzrə ekspertləri Android üçün yeni oğru virusu aşkar ediblər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar bu barədə təşkilatın bloqunda məlumat yayıblar.

Mütəxəssislər bu təhlükəli proqramı GPlayed adlandırıblar. Cinayətkarlar onun dizaynının surətini Google Play-in rəsmi tətbiqlərindən köçürüblər. Yükləmədən sonra gadjetin ekranında Google Play Marketplace imzalı ikonlar peyda olur.

Administratorun müəllif hüquqlarını ələ keçirən bu proqram kibercinayətkarlara cihazları uzaqdan idarə etməyə imkan yaradır. Onlar özbaşına qadjetin fəaliyyətinə mane ola, yaxud ondan zəng etmək və məlumat göndərmək üçün istifadə edə bilirlər. Cihazın yaddaşında qorunan informasiyalarla yanaşı, ödənişlərlə bağlı məlumatları da əldə edirlər. Bu yolla onlar Android sahiblərinin bütün informasiyalarına, eləcə də on-line bank-maliyyə əməliyyatlarına belə müdaxilə edə bilirlər.

Mütəxəssislərin məlumatına görə, cinayətkarlar hazırda öz yeni kəşflərini fəal surətdə sınaqdan keçirirlər. Gələcəkdə bu, Android qurğular üçün ciddi təhlükəyə çevrilə bilər.

Daha əvvəl isə belə bir məlumat yayılmışdı ki, Rusiyanın haker qruplaşması olan The Lucy Gang Android qurğular üçün botnet hazırlayıblar. Təhlükəli virus aldatma yolu ilə cihazın administratorunun hüquqlarını əldə edir. Beləliklə, kibercinayətkar qadjet üzərində nəzarəti ələ keçirmiş olurlar.

116
Teqlər:
təhlükəli proqram, ekspertlər, kibertəhlükəsizlik, bank hesabı, virus, Android
Rusiya millisinin hücumçusu Artyom Dzyuba (ön planda) və Belçika millisinin müdafiəçisi Tobi Alderveyreld

Rusiya millisinin futbolçuları AVRO-2020-nin startında Belçikaya uduzdular

5
(Yenilənib 01:10 13.06.2021)
Romelu Lukakunun dublu və Tom Menyenin qolu sayəsində belçikalılar AVRO-2020-də ilk oyunu qazanaraq B qrupunun lideri oldular.

Rusiya millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki start oyununda Belçika komandasına uduzublar.

Sankt-Peterburqda keçirilən B qrupunun oyunu belçikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Romelu Lukaku dubl edib (10-cu və 88-ci dəqiqələr), bir qol da Tom Menye (34-cü dəqiqədə) vurub. 

Rusiya turnirdəki növbəti matçını Sankt-Peterburqda iyunun 16-da Finlandiyaya qarşı keçirəcək. Belçikalılar bir gün sonra Kopenhagendə Danimarka millisi ilə oynayacaqlar.

 

5
Danimarka yığmasının yarımmüdafiəçisi Kristian Erikssen və Finlandiya millisinin havbeki Qlen Kamara AVRO-2020 matçında

Kristian Erikssen AVRO-2020-də Finlandiya ilə Danimarka oyununun ən yaxşısı seçildi

132
(Yenilənib 00:28 13.06.2021)
Avropa çempionatının təşkilat komitəsi oyun zamanı huşunu itirən futbolçunu dəstəkləmək qərarına gəlib.

Danimarkalı yarımmüdafiəçi Kristian Erikssen futbol üzrə Avropa çempionatının Finlandiya ilə Danimarka arasında keçirilən oyununun ən yaxşı futbolçusu seçilib. Bu barədə UEFA-nın saytında bildirilir.

Rusiya millisinin B qrupundakı rəqiblərinin oyunu şənbə günü Kopenhagendə başlayıb və 1:0 hesabı ilə finlərin xeyrinə başa çatlb.

Birinci taymın lap sonunda danimarkalıların yarımmüdafiəçisi Kristian Erikssen meydançada huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər ona ilkin yardım göstərib, ürəyini bilvasitə masaj ediblər. Sonra 29 yaşlı futbolçunu pərdəli xərəkdə tribunaların altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər.

Bir qədər sonra UEFA bəyan edib ki, oyunçu klinikadadır, özünə gəlib, vəziyyəti sabitdir. Matç təxminən iki saat sonra, Bakı vaxtı ilə 22:30-da davam etdirilib.

132