BAKI, 15 oktyabr — Sputnik. ABŞ dövlət katibi Mayk Pompeo səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Əziz əl Saudla görüşəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Birləşmiş Ştatlar prezidenti Donald Tramp öz "Twitter" səhifəsində bildirib.
"İndicə Səudiyyə Ərəbistanı kralı ilə danışdım. O, Səudiyyə Ərəbistanı vətəndaşına nə olduğunu dair məlumatsız olduğunu bildirir. O, dedi ki, onlar cavabı tapmaq üçün Türkiyə ilə sıx əməkdaşlıq edir. Mən dərhal kralla görüşmək üçün dövlət katibini ora göndərirəm" — deyə Tramp yazıb.
— Donald J. Trump (@realDonaldTrump) October 15, 2018
Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.
Jurnalist Camal Qaşıqçı itməzdən 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur. Həbs olunanlar müxalif belə deyil. Bu, insanları qorxudur.
"Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş bu imkan mənə öz ölkəmdə verilsəydi" – deyə səudiyyəli jurnalist müsahibəsində bildirib.
BAKI, 22 yanvar - Sputnik. ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.
İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.
O, 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.
BAKI, 22 yanvar - Sputnik. “Ölkə erməni xalqının, erməni xalqı hakimiyyətin, Ermənistan isə dünyanın vecinə deyil”.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş prezident Serj Sarqsyanın kürəkəni, mühacir diplomat Mikael Minasyan söyləyib.
Qeyd edək ki, son günlər Ermənistanda bu ölkənin ictimaiyyətinə xas olmayan bir sıra bəyanatlar gündəmə gəlib. Məsələn, yanvarın 20-də ölkənin baş naziri Nikol Paşinyan Şuşanın erməni şəhəri olmadığını bildirib. Bu gün isə N.Paşinyanın əqidədaşı, politoloq Levon Şirinyan daha sərt açıqlama verib:
“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”.
BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.