Almaniyada naməlum şəxs insanları girov götürüb

© REUTERS / Thilo SchmuelgenAlmaniyanın Köln şəhərinin Breslauerplats meydanında polis maşınları
Almaniyanın Köln şəhərinin Breslauerplats meydanında polis maşınları - Sputnik Azərbaycan
Abunə olmaq
Polis və xilasetmə qüvvələri hadisə yerindədir

BAKI, 15 oktyabr — Sputnik. Almaniyanın Köln şəhərinin Breslauerplats meydanında naməlum şəxslər insanları girov götürüb. Sputnik Azərbaycan bu barədə "Gazeta.ru"-ya istinadən xəbər verir.

Meydan şəhərin əsas vağzalının yaxınlığında yerləşir. Hazırda meydandakı insanlar evakuasiya olunub.

"Breslauerplats insanların girov götürülməsi halı qeydə alınıb. Polis və xilasetmə qüvvələri hadisə yerindədir" — deyə Köln polisinin rəsmi "Twitter" səhifəsində bildirilir.

Bəzi mənbələr olay yerində atəş səsləri eşidildiyini bildirsələr də, polis bu məlumatı təsdiq etməyib.

Xəbər lenti
0