Su kranı

Yüz mindən artıq insan içməli sudan zəhərləndi, aralarında səfir var

190
(Yenilənib 11:36 15.10.2018)
Müsəlman ölkəsində böyük fəlakət baş verib

BAKI, 15 oktyabr — Sputnik. İraqın Bəsrə şəhərində içməli sudan 111 min insan zəhərlənib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, zərərçəkmişlər arasında Avropa İttifaqının İraqdakı səfiri Ramon Blekua da var.

Qeyd edək ki, avqustun əvvəlində ölkənin cənub vilayəti kəskin su və elektrik enerjisi çatışmazlığı ilə qarşılaşmışdı. Nəticədə yerli əhali iğtişaşlara səbəb olan etiraz aksiyalarına başlamışdı.

Onu da əlavə edək ki, 2017-ci ilin iyul ayında Fransanın şimalındakı Kale şəhərində miqrantların düşərgəsində içməli sudan zəhərlənmə şübhəsi meydana çıxmışdı. O zaman yayılan iddiaya görə, fransız xüsusi xidmət orqanları miqrantların su içdikləri bidonlar zəhərli maddə töküblər.

190
Teqlər:
zəhərlənmə, içməli su, İraq, Bəsrə
Əlaqədar
Bakıda içməli suya tullantı axıdılıb?
Bu rayonlarda içməli suyun verilməsində fasilə olacaq
İlham Əliyevdən içməli su təminatı ilə bağlı vacib sərəncam
Vebinar, arxiv şəkli

"Qoşulmama Hərəkatı COVID-19" mövzusunda vebinar keçirilib

2
(Yenilənib 22:47 04.08.2020)
Xalid Teymur Əkrəm deyib ki, dünyanın üzləşdiyi müxtəlif aspektli böhran şəraitində Qoşulmama Hərəkatı beynəlxalq əməkdaşlığın və həmrəyliyin yaradılması üçün mühüm rol oynayır.

BAKI, 4 avqust — Sputnik. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə "Qoşulmama Hərəkatı və COVID-19 pandemiyası" mövzusunda beynəlxalq vebinar keçirilib.

BMTM-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, vebinarın moderatoru, Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev bu ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının virtual sammitini xatırladıb.

O bildirib ki, bu tədbir təşkilat tarixində vacib hadisə olmaqla yanaşı, onun güclənməsinə və koronavirus böhranına adekvat reaksiya verməsinə şərait yaradıb.

Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin Direktoru Xalid Teymur Əkrəm deyib ki, dünyanın üzləşdiyi müxtəlif aspektli böhran şəraitində Qoşulmama Hərəkatı beynəlxalq əməkdaşlığın və həmrəyliyin yaradılması üçün mühüm rol oynayır.

BMTM-in baş məsləhətçisi Vasif Hüseynov çıxışı zamanı bildirib ki, Qoşulmama Hərəkatının üzvləri təşkilatın 2019-2022-ci illərdə sədri olan Azərbaycan Prezidentinin pandemiya ilə mübarizə üçün təqdim etdiyi təşəbbüsləri yüksək qiymətləndirir. Onun sözlərinə görə, bu təşəbbüslər içərisində BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil edilməsi təklifi xüsusi qeyd edilməlidir: "Yalnız Ermənistanın qarşı çıxdığı bu təşəbbüsə 130-dan artıq dövlət dəstək göstərib".

Pandemiyanın dövlətlər arasındakı münaqişələrə təsirindən danışan V.Hüseynov diqqəti Ermənistan-Azərbaycan sərhədində iyulda yaşanan hadisələrə çəkərək, Ermənistanın Azərbaycana qarşı təcavüzünün səbəblərindən birinin ölkənin daxilində olan böhranlı vəziyyət olduğunu qeyd edib.

Daha sonra çıxış edən Belarus Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Jauhen Zadrucki deyib ki, koronavirus pandemiyasının beynəlxalq ticarət əlaqələrinə, investisiyalara və s. zərər verməsinə imkan verilməməlidir. Onun sözlərinə görə, ölkəsi Qoşulmama Hərəkatının bu cəhətdən fəaliyyətini və Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndirir.

Vebinar sual-cavab sessiyası ilə davam edib.

2
Beyrutda partlayış

Beyrutdakı partlayışda baş nazirin ailəsi xəsarət alıb - VİDEO

1246
(Yenilənib 22:52 04.08.2020)
Hadisə zamanı həmçinin yüzlərlə insanın xəsarət aldığı bildirilir. Xəsarət alanlar arasında Qazaxıstanın bu ölkədəki konsulu da var.

BAKI, 4 avqust - Sputnik. Livanın paytaxtı Beyrutda baş verən ard-arda iki partlayışda baş nazir Həsən Diabın həyat yoldaşı və qızı xəsarət alıblar. Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir..

Partlayışda azı 11 nəfər ölüb. Ölənlər aeasında "Əl-Kataib" partiyasının baş katibi Nazar Nacaryan da var.

Hadisə zamanı həmçinin yüzlərlə insanın xəsarət aldığı bildirilir. Xəsarət alanlar arasında Qazaxıstanın bu ölkədəki konsulu da var.

Bildirilib ki, partlayışın səsi Kiprdə belə eşidilib. Partlayış episentrinə yaxın olan binaların şüşələri dağılıb.

Hadisənin terror aktı olmadığı bildirilir.

1246
Kvas içən şəxs

Diqqət! Bu içkilər artıq çəkiyə səbəb olur

0
Bir çox insanlar çay və ya qəhvəni böyük miqdarda şəkər əlavə etməklə içirlər ki, bu da bədənin ümumi vəziyyətinə mənfi təsir göstərir.

BAKI, 4 avqust — Sputnik. Şirələrin, kvasların və qazlaşdırılmış suların tərkibində çox miqdarda qlükoza var və onlar yüksək qlikemik indeksə malikdir. Bu içkiləri müntəzəm olaraq içmək mədəaltı vəz üçün böyük yük yaradır və artıq çəkiyə səbəb olur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə rusiyalı həkim-endokrinoloq Yekaterina İvannikova "Komsomolskaya Pravda" qəzetinə müsahibəsində deyib.

Bundan əlavə, bir çox insanlar çay və ya qəhvəni böyük miqdarda şəkər əlavə etməklə içirlər ki, bu da bədənin ümumi vəziyyətinə mənfi təsir göstərir.

İvannikova içkilərinə dad qatmaq istəyənlərə suya təzə xiyar, nanə və ya limon əlavə etməyi və belə bir içkidən bir kiloqrama 30 millilitr həcmində istifadə etməyi məsləhət görüb.

0