Jirinovskidən Qərbi lərzəyə salan bəyanat - Rusiyanın S-700 kompleksləri var

© Sputnik / Mikhail Mokrushin / Mediabanka keçidS-400 Air Defense Systems
S-400 Air Defense Systems - Sputnik Azərbaycan
Abunə olmaq
"Bütün dünyanı nəzarətdə saxlaya bilərik və heç bir təyyarə havaya qalxa bilməz"

BAKI, 14 oktyabr — Sputnik. Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski "Vladimir Solovyovla axşam" tok-şousunun efirində Qərbi lərzəyə salacaq bəyanat verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, siyasətçi ölkəsinin S-500, S-600 və S-700 raket komplekslərinə malik olduğunu bildirib.

Зенитно-ракетный комплекс С-300, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
"S-300"lər Suriyanı qurtaracaq, yoxsa məhv edəcək: "Raket savaşı"nın gizlinləri

Rusiyanın Suriyaya S-300 raketləri verməsindən danışan Jirinovski deyib ki, ABŞ və ilk növbədə onun müttəfiqi olan İsrail bundan qorxuya düşüblər: "Onlar qorxurlar. Çünki bütün dünya ən yaxşı hava hücumundan müdafiə sisteminin Rusiyanın S-300 raketi olduğunu görər. Bizim isə nəinki S-300, eləcə də S-400, S-500, S-600 və hətta S-700 raketlərimiz var. Bütün dünyanı nəzarətdə saxlaya bilərik və heç bir təyyarə havaya qalxa bilməz".

Verilişin iştirakçıları bu bəyanatı zarafat və gülüşlə qarsalayıblar. Aparıcı isə ona "təsadüfən hərbi sirləri açmamağı" məsləhət görüb: "Təsadüfən S-1500 qorxunc silahı barədə danışarsınız".

Jirinovski isə "hələlik sonuncu sistem S-700-dür" deyə cavab verib: "Güman edirəm ki, bu, sonuncu sistem olacaq. Çünki bundan sonra dünyada havaya qalxa biləcək raket olmayacaq. S-700 hər şeyin qarşısını buraxılış yerindəcə alacaq və bu bizim son zərbəmiz olacaq".

Qeyd edək ki, hazırda Rusiyanın ən qabaqcıl sistemi S-400 (Triumf) kompleksidir. Bu sistem 400 kilometr radiusda havadan və kosmosdan bütün hücum vasitələrini məhv edir. Bundan əlavə, S-500 (Prometey) sistemi hazırlanır. Bu sistem sınaq zamanı 481 kilometr radiusda hədəfləri məhv edib.

S-600 və S-700 barədə heç bir məlumat yoxdur.

Xəbər lenti
0