ABŞ-ın müdafiə naziri Ceyms Mettis

Tramp yenə hamını çaşdırdı, müdafiə nazirinin istefasından danışdı

36
(Yenilənib 20:30 14.10.2018)
Bununla yanaşı, prezident əlavə edib ki, Mettislə münasibətləri əladır

BAKI, 14 oktyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Ceyms Mettislə ziddiyyətlər barədə danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Tramp Mettisin istefaya gedəcəyini istisna etməyib. Müdafiə nazirinin vəzifəsindən getmək niyyətinin olub-olmaması barədə suala Donald Tramp belə cavab verib: "Mən bu barədə bilmirəm, o, mənə deməyib". Bununla yanaşı, prezident əlavə edib ki, Mettislə münasibətləri əladır.

"Lakin ola bilsin, istefaya getsin", — deyə Tramp bildirib.

36
Teqlər:
istefa, müdafiə naziri Ceyms Mettis, Donald Tramp