Kreml

Rusiyaya qarşı yeni sanksıyaların anonsu verildi

79
(Yenilənib 12:49 14.10.2018)
Rusiyanın kəşfiyyat orqanlarının rəhbərlərinin və onların yaxın tərəfdaşlarının Aİ ölkələrinə girişi məhdudlaşdırılacaq və həmin şəxslərin bank hesabları dondurulacaq

BAKI, 14 oktyabr — Sputnik. Sabah Avropa İttifaqı ölkələrinin XİN başçıları Şurası kimyəvi silahdan istifadəyə görə Rusiyaya qarşı yeni sanksiyalar planını təsdiq edəcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mənbəyə əsasən, Lüksemburqda keçiriləcək toplantıda Suriyada və Solsberidə qeydə alınmış hücumlardan sonra Britaniyanın və Fransanın təklif etdiyi sanksiyaların əks olunduğu sənədin imzalanması planlaşdırılır.

Britaniya KİV-ləri yazır ki, yeni sanksiyalar zərfində nəzərdə tutulduğuna görə, Rusiyanın kəşfiyyat orqanlarının rəhbərlərinin və onların yaxın tərəfdaşlarının Aİ ölkələrinə girişi məhdudlaşdırılacaq və həmin şəxslərin bank hesabları dondurulacaq. Eyni zamanda, Böyük Britaniya XİN-in əməkdaşı vurğulayıb ki, bu sanksiyalar bilavasitə Rusiyaya qarşı deyil, bütün dünyada kimyəvi silahdan istifadəyə qarşı yönəlib.

79
Teqlər:
sanksiya, Rusiya, Avropa İttifaqı
Əlaqədar
Tramp müsəlmanlara görə Çinə sanksiya tətbiq edəcək
Münasibətlər daha da pisləşə bilər: Rusiyaya qarşı yeni sanksiya hazırlanır
Türk nazirdən ABŞ-ın yeni sanksiya siqnalı verməsinə sərt reaksiya
Trampdan Türkiyəyə daha bir ağır sanksiya gəlir: Lirə duruş gətirəcəkmi?
Türkiyədən ABŞ-ın sanksiya qərarına maraqlı cavab
ABŞ Senatı Türkiyəyə qarşı sanksiya qərarı qəbul edib
BMT Təhlükəsizlik Şurasının iclası, arxiv şəkli

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağı qapalı şəkildə müzakirə edib - Nəticə...

118
Rusiyalı diplomat müşahidə missiyası ilə ATƏT-nin məşğul ola biləcəyini istisna etməyib, çünki məhz bu təşkilat nizamlanma prosesi ilə məşğuldur.

BAKI, 20 oktyabr - Sputnik. BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib. Rusiya mətbuatı xəbər verir ki, vu barədə jurnalistlərə Dağlıq Qarabağa dair qapalı iclasın yekunlarından danışan Təhlükəsizlik Şurasında bu ay sədrlik edən RF-nın BMT yanında daimi nümayəndəsi Vladimir Nebenzya məlumat verib.

"İndi atəşkəsə əməl olunmasını təmin etmək vacibdir, bu ən vacib məsələdir, çünki müvafiq razılaşma əldə olunub, lakin ona əməl olunmayıb. Əsas ona əməl olunmasını necə təmin etməkdir" - o bildirib.

"Bu məsələ əlbəttə ki, müzakirə  olunub və Şura yanaşmada kifayət qədər yekdillik nümayış etdirib", - Nebenzya sözünə davam edib. Eyni zamanda o deyib ki, bölgəyə BMT-nin müşahidəçi missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatına ehtiyac var.

"Bu tez həyata keçən proses deyil" - diplomat vurğulayıb. "Belə bir məlumatlar var idi ki, Rusiya Müdafiə naziri Azərbaycan və Ermənistandan olan həmkarları ilə bu nəzarətin necə həyata keçirilə bulməsini müzakirə edib" - Nebenzya əlavə edib.

Diplomat müşahidə missiyası ilə ATƏT-nin məşğul ola biləcəyini istisna etməyib, çünki məhz bu təşkilat nizamlanma prosesi ilə məşğuldur. "Orada kim olacaq və hansı statusda hələ müzakirə mərhələsində olan sualdır", - o deyib.

118
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp FTB-ni Baydenlə bağlı araşdırma aparmağa çağırıb

8
Tramp Demokratlar partiyasından prezidentliyə namizəd Co Baydenin və onun oğlu Hanterin fəaliyyətinin araşdırılmalı olub-olmamasına dair suala belə cavab verib, ancaq onlardan hansını nəzərdə tutduğunu dəqiqləşdirməyib.

BAKI, 20 oktyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunu prezidentliyə namizəd Cozef Baydenin fəaliyyətini araşdırmağa çağırıb.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinə yaxın jurnalistlər bildirib.

“FTB onu araşdırmalıdır. FTB direktoru Kristofer Reyə zəng edib, ondan soruşmalısınız. İlk baxışdan bu qədər çox günahkar olmaq mümkün deyil”, - deyə Amerika lideri deyib.

Qeyd edilir ki, Tramp Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Cozef Baydenin və onun oğlu Hanterin fəaliyyətinin araşdırılmalı olub-olmamasına dair suala belə cavab verib, ancaq prezidentin onlardan hansını nəzərdə tutduğu dəqiqləşdirilməyib.

8