Hindistanda donuz qripi ilə mübarizə, arxiv şəkli

“Donuz qripi” onlarla insanı öldürdü

38
(Yenilənib 03:40 14.10.2018)
Bölgədə mindən çox ev dərmanlanıb

BAKI, 14 oktyabr — Sputnik. Hindistanda “donuz qripi” 56 nəfərin ölümünə səbəb olub.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Hindistanın Mumbay şəhərində 12 gün işində 56 nəfər “donuz qripi”ndən ölüb.  Bu barədə Hindistan mətbuatı məlumat yayıb. Bildirilib ki, H1N1 virusu şübhəsi ilə müalicə edilən 51 nəfərin vəziyyəti ağırdır. Yanvar ayından bu günə qədər “donuz qripi” səbəbilə 90 nəfərdən çox insan ölüb.

“Donuz qripi”ndən ölənlərin sayı bu ay daha çox olub. Səhiyyə Nazirliyi əhalini gigiyenik tələblərə riayət etməyə çağırıb. Bölgədə mindən çox ev dərmanlanıb.

38
Teqlər:
H1N1 virusu, ölüm, donuz qripi, Mumbay, Hindistan