Keşiş Branson İzmir hava limanında, 12 oktyabr 2018-ci il

Labüd addım atıldı: Təhdidlərin başa çatacağını isə söyləmək olmaz

7823
(Yenilənib 18:11 13.10.2018)
Tramp administrasiyası Türkiyəyə qarşı daha çox sanksiyanı nəzərdən keçirirdi və Bransonun sərbəst buraxılması bu baxımdan Ankaraya sərf edir

BAKI, 13 oktyabr — Sputnik. Həftənin ən hay-küylü hadisəsi Ankaranın casusluqda  ittiham  olunan amerikalı keşiş Endryu Bransonu azadlığa buraxması oldu. Türkiyə məhkəməsi onun 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb. Bu müddət onun həbsdə olduğu dövrdən çıxılıb və Endryu Branson məhkəmə zalından azadlığa buraxılıb. Məhkəmə onun Türkiyəni tərk etməsinə qoyulan qadağanı da ləğv edib.

Xatırladaq ki, İzmirdə yerləşən protestant Diriliş kilsəsinin keşişi rahib Endryu Kreiq Branson 2016-cı il dekabrın 9-da həbs olunmuşdu. Türkiyə onu FETÖ üzvü olmaqda ittiham edir. Türkiyə mediasının iddialarına görə, rahib Bransonun FETÖ üzvü olması ilə bağlı gizli və açıq şahidlər İzmirdə ifadə veriblər.

Rəsmi ittihama əsasən, Branson “dövlətə məxsus, gizli saxlanması lazım olan məlumatları siyasi və hərbi casusluq məqsədi ilə əldə etmə, Türkiyə Böyük Millət Məclisini ləğv etməyə təşəbbüs, konstitusion sistemi dəyişməyə təşəbbüs” cinayətində ittiham olunur. Bundan başqa, Branson “Gəzi Parkı” hadisələri zamanı aksiyaları dəstəkləmək və təşkilatçılıqda ittiham olunur. İttiham olunduğu cinayətlərə görə rahib Branson 35 ilə qədər həbs cəzası ala bilərdi.

Rahib i özü isə istintaqa ifadəsində bu ittihamları rədd edib. Sadəcə, dini fəaliyyətlər həyata keçirdiyini, xristian kilsəsinə mənsub olduğunu, heç bir islamçı hərəkatı dəstəkləmədi və heç bir FETÖ üzvünü tanımadığını bildirmişdi.

Rahib Branson 1968-cı ildə ABŞ- da anadan olub. ABŞ-da dini təhsil alıb,  23 ildən artıqdır ki, Türkiyədə yaşayırdı. İzmirdə kilsədə dini fəaliyyətlə məşğul olurdu.

Bransonun həbsi ABŞ və Türkiyə arasında gərginliyə səbəb olmuşdu.  Bransonun mühakiməsi Türkiyə valyutasına ciddi təsir etmişdi. ABŞ prezidenti Tramp birbaşa Ərdoğana zəng edərək geri qaytarılmasını tələb etmiş, ABŞ-ın vitse-prezidenti isə Bransona görə Ankaranı sanksiyalarla hədələmişdi. Türkiyə prezidenti Ərdoğan isə açıq şəkildə Bransonun əvəzinə ABŞ-da yaşayan Fətullah Güləni tələb edirdi.

“Bizə hədə-qorxu gəlmək heç kimə bir şey qazandırmaz. Bizimlə təhdid dili ilə danışanlara güzəştə getməyəcəyik. Sanksiyalarla qarşılaşsaq da, biz bir addım geri dönməyəcəyik. Onlar səmimi tərəfdaşı itirə biləcəklərini unutmamalıdır” — deyən Ərdoğan Türkiyə valyutasının ucuzlaşmasının Ankaranın qərarına təsir etməyəcəyini açıqlamışdı.

ABŞ Dövlət  Departamenti isə rahib Branson məsələsi ilə bağlı ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi xəbərdarlığının çox ciddi olduğunu açıqlamışdı.

Ankara rahibi uzun müddət həbsdə saxlamaqla onu Pensilvaniyada yaşayan Fətullah Gülənlə dəyişmək istəyirdi. Lakin bu plan alınmadı. Türkiyə Güləni istədikdə ABŞ məhkəmənin qərarına tabe olduqlarını bildirdi.

ABŞ qəsdən Ankara ilə münasibətlərin gərginləşməsinə getdi. Əslində, iki ölkə arasında əsəb savaşı gedirdi və ilk baxışdan görünən budur ki, Vaşinqton bu mərhələdə qalib gəldi. Digər tərəfdən, ehtimal etmək olar ki, ABŞ Branson işi ilə əlaqədar Türkiyəyə qarşı tətbiq edilmiş sanksiyaları aradan qaldırmaq və bu cür yeni məhdudiyyətlər tətbiq etməmək barədə qərar qəbul edəcək.

Jurnalist Camal Xaşoqqi, arxiv şəkli
© Photo : Middle East Monitor / Handout via REUTERS

Rahibin azad edilməsilə bağlı Ağ Evi bəyanat yayıb. Bəyanatda bildirilir ki, ABŞ Türkiyə ilə qarşılıqlı maraq doğuran məsələlərin həlli üzərində birgə işləməyə davam etməyə hazırdır:

"Biz onun evə dönməsini gözləyirik. O, ailəsi ilə görüşəcək. ABŞ və Türkiyənin regional təhlükəsizlik və sabitlik sahəsində qarşılıqlı maraq doğuran bir çox məsələləri var və biz gözləyirik ki, onların həlli üzərində birlikdə işləyəcəyik".

Türkiyənin adıçəkilən qərarı praqmatik maraqlara cavab verir. ABŞ sanksiyaları bir milyard dollarlıq cərimə nəzərdə tutur. Ehtimal etmək olar ki, Ankara bu cəzanın ləğvi qarşılığında Bransonun ekstradisiyasını vəd edib. Tramp administrasiyası Türkiyəyə qarşı daha çox sanksiyanı nəzərdən keçirirdi və Bransonun sərbəst buraxılması bu baxımdan Ankaraya sərf edir. Lakin Vaşinqton üçün Bransonun həbsi bir bəhanə idi. Türkiyənin Rusiyadan “S-400” almasına görə “F-35” döyüş təyyarələrinin satışını dondurmasını tələb edən ABŞ-ın təhdidlərinin başa çatdığını söyləmək hələ tezdir…

7823
Teqlər:
qarşıdurma, sanksiya, ABŞ, azad edilmə, ittiham, Türkiyə, rahib Endryu Branson
Əlaqədar
ABŞ-dan rahib Bransonla bağlı növbəti açıqlama
Bransonun azad edilməsi dolları vurdu
Qalmaqallı şəxs Türkiyəni tərk etdi
Türkiyə üçün tarixi gün: Qalmaqallı proses başladı
Sabah Türkiyədə ABŞ-a yönəlik tarixi qərar verilə bilər
 Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko Belarusun dağılması təhlükəsindən danışdı

15
(Yenilənib 00:23 11.07.2020)
Prezident eyni zamanda vurğulayıb ki, Belarusda dəyişikliklər "Maydandan deyil, Konstitusiyadan" gəlməlidir

BAKI, 10 iyul — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin dağılması təhlükəsi olduğunu bəyan edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Lukaşenko yerli KİV-lərlə görüşündə ölkənin suverenliyinin qorunmasının əsas məqsəd olduğunu bildirib.

"Yalnız mənim deyil, bizim öz əllərimizlə qurduğumuz hər şeyin sabah dağılmasını və kiminsə gəlib, eksperimentlər həyata keçirməsini istəmirəm", - deyə Lukaşenko vurğulayıb.

Prezident eyni zamanda vurğulayıb ki, Belarusda dəyişikliklər "Maydandan deyil, Konstitusiyadan" gəlməlidir.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkisi keçiriləcək. Seçki kampaniyası zamanı müxalifətin bəzi liderləri və namizəd Viktor Babariko tutulub. Belarus DİN vurğulayır ki, onlar siyasi fəaliyyətinə görə deyil, kütləvi tədbirlər zamanı asayişin pozulmasına görə saxlanılıblar.

15
Əlaqədar
Lukaşenko anons etdi – İqtisadi, ekoloji problemlər kəskinləşəcək
Lukaşenko qələbə paradında - Moskvanı vətəninin paytaxtı adlandırdı
Lukaşenko bəyan etdi: "Koronavirus üzərində qələbə çaldıq"
Kreml: Belarusdakı seçkilərə müdaxilə etməyə hazırlaşmırıq
Lukaşenko xəbərdarlıq edib: Belarus ərazisinin bir hissəsini itirə bilər
İranda epdimioloji vəziyyət

İran bərbad durumda: ölənlər azalsa da, yoluxanların sayı artıb

7
(Yenilənib 22:34 10.07.2020)
Dünən İranda bir sutka ərzində 2079 nəfərdə virus aşkarlanmış, 221 nəfər COVID-19-dan dünyasını dəyişmişdi. Bu gün isə daha 142 nəfər ölüb. Amma yoluxma sayında artım var

BAKI, 10 iyul — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2262 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari bildirib.

"Son 24 saat ərzində koronavirusa 2262 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 252720-yə çatıb. Bir gün ərzində 142 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 12447-yə çatıb", - deyə məlumatda bildirilib.

O, həmçinin qeyd edib ki, virusa yoluxan 252720 şəxsdən 215500 nəfəri sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 12 milyonu keçib, 554 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

7
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Avstraliya və Honkonqda koronavirus məhdudiyyətləri bərpa olunur
Azərbaycanın xaricdəki bəzi diplomatları koronavirusa yoluxub
Həyatınızla eksperiment aparmayın - Koronavirusu müalicə "edən" dərman təhlükəli çıxdı
Koronavirusa qarşı yeni dərmanlar tapıldı
ÜST: Rusiyada koronavirus məhdudiyyətləri qayıda bilər