Moskva, arxiv şəkli

Sarkisyanın təcili Moskva səfəri Niyə gedibmiş?

190
(Yenilənib 13:46 13.10.2018)
Moskvada olan erməni lider Rusiyanın XİN başçısı Sergey Lavrovla görüşüb

BAKI, 13 oktyabr — Sputnik. Ermənistan prezidenti Armen Sarkisyan bu həftənin əvvəlində Rusiyaya təcili səfər edib. Sputnik AzərbaycanKommersant” nəşrinə istinadla xəbər verir ki, Moskvaya gedən Sarkisyan Rusiya XİN-in başçısı Sergey Lavrovla görüşüb.

Nəşr Rusiya dövlət strukturlarındakı mənbəsinə istinadən xəbər verir ki, danışıqların mərkəzində Rusiya-Ermənistan əlaqələri, mümkün parlament seçkiləri ərəfəsində ölkədəki situasiya və yeni hökumətin cinayət işi açdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov ətrafındakı kazus olub.

Sarkisyan Moskvaya Paris və Nyu-York səfərlərindən qayıdarkən gedib.

190
Teqlər:
Ermənistan prezidenti Armen Sarkisyan, Sergey Lavrov, Rusiya, səfər, görüş