Dollar və lirə, arxiv şəkli

Bransonun azad edilməsi dolları vurdu

628
(Yenilənib 12:14 13.10.2018)
Təxliyədən sonra isə dollar 0.25 lirə ucuzlaşıb

BAKI, 13 oktyabr — Sputnik. Amerikalı rahib Endryu Branson böhranının həll edilməsindən sonra Türkiyədə dollar ucuzlaşıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, rahib Endryu Branson ölkəsinə yola düşəndən dərhal sonra lirənin məzənnəsi qalxıb, dollar ucuzlaşaraq 5.90 lirə olub.

Qeyd edək ki, həftəyə 6.20 lirə ilə başlayan dolların məzənnəsi Bransonun məhkəmə prosesi əsnasında 5.84-ə qədər ucuzlaşmışdı. Sonradan yenidən qalxan dollar təxliyədən sonra isə dollar 0.25 lirə ucuzlaşıb.

628
Teqlər:
keşiş Endryu Branson, azad edilmə, türk lirəsi, Türkiyə, dollar
Əlaqədar
ABŞ-dan rahib Bransonla bağlı növbəti açıqlama
Rahib yenə həbsdə qaldı, vəziyyət gərginləşə bilər
Rahib böhranı Ankara və Vaşinqtonu hara aparacaq?
Türkiyə üçün tarixi gün: Qalmaqallı proses başladı