Amerikalı rahib Andryu Branson

Qalmaqallı şəxs Türkiyəni tərk etdi

63
Branson İzmir Adnan Menderes hava limanından təyyarə ilə vətəninə uçub

BAKI, 12 oktyabr — Sputnik. Türkiyədə casusluqda ittiham olunaraq azadlıqdan məhrum olunmuş, dünən azadlığa buraxılmış amerikalı rahib Endryu Branson ABŞ-a yola düşüb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Branson İzmir Adnan Menderes hava limanından təyyarə ilə vətəninə uçub. 

Xatırladaq ki, Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub. İzmir əyalətinin Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəməsi oktyabrın 12-də onun 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb. Bransonun həbsxanada keçirdiyi günlər nəzərə alınmaqla o, azadlığa buraxılıb.

63