Həbs

Yüz yaşlı edam gözləyən kişi üçün aksiya başladı

160
Qeyd edək ki, Celestine Egbunucenin 4 avqustda 100 yaşı tamam olub

BAKI, 13 oktyabr — Sputnik. Nigeriyada qəribə aksiya başlayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, oğlu ilə birlikdə 4 ildir həbs olunan və edamını gözləyən 100 yaşlı Celestine Egbunucenin yaşını nəzərə alaraq əhali onun üçün əfv istəyir.

İmo əyalətində torpaq davasına görə bir nəfəri öldürtdürən Celestineyə edam hömü oxunub. Amma 4 ildir bu hökm həyata keçirilməyib. Məlumata görə, 100 yaşlı məhkumun səhhəti yaxşı deyil. Eyni zamanda onun oğlu da 2014-cü ildə adam öldürdüyü üçün barəsində edam hökmü verilib. Hər iksi bir həbsxanada edam olunacaq günləri gözləyirlər.

4 ildir həbs olunan və edamını gözləyən 100 yaşlı Celestine Egbunuc
4 ildir həbs olunan və edamını gözləyən 100 yaşlı Celestine Egbunuc

41 yaşlı Paul Egbunuce gözləyi yaxşı görməyən və gəzə bilməyən atasının ətrafda nə baş verdiyini bilmədiyini və tez-tez məhkumları göstərib “Bu adamlar kimdir?” sualını verdiyini deyib.

Paul Egbunuce deyib ki, “Hər gün ayağa qalxıb isti su hazırlayıram, atamı yuyundururam. Səhər yeməyini hazırlayıram. Kameranı işçilər açanda günəşi görmək üçün həyətə çıxıram”. O, digər məhkumların da ona kömək edərək atasına baxdıqlarını deyib.

Qeyd edək ki, Celestine Egbunucenin 4 avqustda 100 yaşı tamam olub.

160
Əlaqədar
Paşinyan üçün "edam kötüyü" hazırlanır
Diktatorun qardaşını öldürənlər edam olunacaq
Dünyanın ən yaşlı canisi edam edildi