ABŞ prezidenti Donald Tramp

Tramp Qaşıqçı məsələsini nəzarətə götürdü

56
(Yenilənib 10:12 12.10.2018)
Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb

BAKI, 11 oktyabr — Sputnik. Birləşmiş Ştatlar lideri Donald Tramp bildirib ki, ABŞ-dan olan müstəntiqlər yoxa çıxan müxalif səudiyyəli jurnalist Camal Qaşıqçının işi üzərində işləyir.

Onun sözlərinə görə, ABŞ bu iş üzrə Türkiyə və Səudiyyə Ərəbistanı ilə işləyir.

Tramp, həmçinin vurğulayıb ki, Vaşinqton Qaşıqçı ilə bağlı nələrin baş verdiyini araşdırmaq niyyətindədir.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Kaşıkçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

Səudiyyə jurnalist Camal Qaşıqçı itməzdən 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur. Həbs olunanlar müxalif belə deyil. Bu, insanları qorxudur.

"Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş bu imkan mənə öz ölkəmdə verilsəydi" – deyə səudiyyəli jurnalist müsahibəsində bildirib.

56