Ərdoğan və Orban

Ərdoğan əlində qayçı "təhlükəli vəziyyət" yaratdı - VİDEO

220
(Yenilənib 14:50 10.10.2018)
Baş nazirdən Prezidentə: "Qayçı ilə çox təhlükəli dayanırsan"

BAKI, 10 oktyabr — Sputnik. Macarıstana səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin baş naziri Viktor Orban ilə yenidən qurulan "Gül Baba" türbəsinin açılış mərasiminə qatılıb. Bu barədə Sputnik Türkiyə "Euronews"-a istinadən xəbər verir.

Mərasimdəki çıxışlarından sonra Ərdoğan və Orban mərasim üçün hazırlanan mavi lenti kəsiblər. Bu zaman Orban bıçağı Ərdoğanın əlindən almağa çalışarkən, Türkiyə prezidenti "Bu qayçı mənimdir, o da sənin" deyə bildirib.

​Ərdoğanın bu sözlərinə cavab olaraq macar baş nazir "Qayçı ilə çox təhlükəli dayanırsan" cavabını verib.

Nəticədə hər ikisi və ətrafdakılar gülüşüblər. Bundan sonra Ərdoğan hər iki qayçını lentlə bağlayaraq öz cangüdənlərinə verib.

220
Teqlər:
qayçı, baş nazir, Viktor Orban, Rəcəb Tayyib Ərdoğan, prezident, Türkiyə, səfər, Macarıstan
Əlaqədar
ABŞ Türkiyə ilə şantaj və təhdid dili ilə danışır – Ərdoğan
Ərdoğan Rusiya ilə əlaqələrdən danışdı
Ərdoğanın mühafizəsində iki terrorçu tapıldı
Ərdoğan tanınmış jurnalisti "casus" adlandırıb
Ərdoğan Tramp və Merkellə gizli danışıqlarının detallarını açıqladı