Доллары США

Dünyada dollar defisiti yaşanacaq

277
(Yenilənib 19:13 09.10.2018)
2008-ci ildə dünya maliyyə böhranının əsas özəlliyi məhz dolların xroniki çatışmazlığı olub

BAKI, 9 oktyabr — Sputnik. Qlobal maliyyə sistemi son kredit böhranından sonra dollardan daha da asılı olmağa başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, məhz buna görə, ABŞ xəzinə kağızlarının gəlirliliyi artıb.

"Nedbank Group"un analitiklərinin fikrincə, dolların güclənməsi və dünyada kapitalın artımı böhran likvidliyinin artımı üçün ideal qarışıqdır.

Qeyd olunur ki, 2008-ci ildə dünya maliyyə böhranının əsas özəlliyi məhz dolların xroniki çatışmazlığı olub.

On il əvvəl baş verənlər ABŞ-ın Federal Rezerv Sistemini ondan artıq mərkəzi bank vasitəsilə dünya maliyyə sisteminə likvidlik ötürməyə məcbur etdi.

On illik qiymətli kağızların gəlirliliyi 2011-ci ildən bəri ən yuxarı göstəriciyə — 3,23 faizə çatıb. Likvidlik üzrə dünya böhranının baş vermə ehtimalı daha da güclənir. Çünki, beynəlxalq investorlar qeyri-dollarda olan aktivlərdən sürətlə canlarını qurtarır

277
Əlaqədar
ABŞ-ın ən varlı adamı dəyişdi – 160 milyard dollar
Turist 40 min dollar dəyərindəki üzüyü uddu
Tabuta gir, 300 dollar qazan
Dollar satışı niyə artır - SƏBƏBLƏR
İlk addım gəlir: Rusiya və Türkiyədən dollar zərbəsi
Moskvada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital

Bir gündə 5 min yoluxma: Rusiyada ölənlərin sayı artır

0
(Yenilənib 12:21 04.08.2020)
Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 861423-ə çatıb. Rusiyada pandemiya yayılandan 14351 nəfər COVID-19-dan vəfat edib

BAKI, 4 avqust — Sputnik. Son bir sutka ərzində Rusiyada 5159 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 144 nəfər ölüb.

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 861423-ə çatıb. Rusiyada pandemiya yayılandan 14351 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 7878 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 661471-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 18,2 milyonu keçib, 693 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Trampdan tarixi etiraf: ABŞ-ın ən böyük səhvini açıqladı

81
(Yenilənib 11:46 04.08.2020)
Yaxın Şərqə qoşun göndərmək qərarı və regionun işlərinə qarışmaq ABŞ tarixində ən böyük yeganə səhvdir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 avqust — Sputnik. Yaxın Şərqə qoşunların göndərilməsi Birləşmiş Ştatlar tarixində ən böyük səhvdir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu "Axios"-a müsahibəsində Birləşmiş Ştatların Prezidenti Donald Tramp bildirib.

"Biz İŞİD-i zərərsizləşdirdik... Bu xilafətin 100%-ni... Biz Süleymanini (İran generalı-red.), əl-Bağdadini (İŞİD lideri-red.) "aradan qaldırdıq". Mən digər prezidentlərin etmədiyi çox şeyi etmişəm. Onlar gərək heç vaxt Yaxın Şərqə girməzdilər" - deyə Tramp qeyd edib.

O, vurğulayıb ki, Yaxın Şərqə qoşun göndərmək qərarı və regionun işlərinə qarışmaq ABŞ tarixində yeganə ən böyük səhvdir.

Xatırladaq ki, ilin əvvəlindən bəri ABŞ-İran münasibətləri yenidən gərginləşib. Belə ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan ediblər.

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

81