Türkiyə ərazisinə raket zərbəsi endirildi, ölən və yaralananlar var

© AFP 2023 / STRTürk əsgərləri İraqda
Türk əsgərləri İraqda - Sputnik Azərbaycan
Abunə olmaq
Yaralı şəxslərdən 3-ü hərbçi, 1-isə mülki şəxsdir

BAKI, 9 oktyabr — Sputnik. İraqın şimalından, PKK terror təşkilatının nəzarəti altındakı bölgədən atılan raket nəticəsində 1 Türkiyə hərbçi həlak olub, daha dörd nəfər yaralanıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, atılan raket Hakkari bölgəsində yerləşən hərbi hissəyə düşüb.

Yaralı şəxslərdən 3-ü hərbçi, 1-isə mülki şəxsdir. Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən həftə Batman bölgəsində PKK terrorçularının zirehli hərbi avtomobilin keçidi zamanı əvvəlcədən yola bərkidilmiş əldəqayırma bombanı partlatması nəticəsində 7 türk hərbçi şəhid olmuşdu.

Xəbər lenti
0