Ukraynanın Çerniqov vilayətində hərbi anbarda baş verən partlayış

Ukraynada 10 min insan təxliyə olunub, hava məkanı bağlanıb, uçuşlar dayandırılıb

214
(Yenilənib 11:23 09.10.2018)
Ərazidən keçən qatarlar və avtomobillərin də hərəkəti məhdudlaşdırılıb

BAKI, 9 oktyabr — Sputnik. Ukraynanın Çerniqov vilayətində hərbi anbarda baş verən partlayışla bağlı 20 kilometr radiusda hava məkanı bağlanıb. Sputnik Azərbaycan bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.

Ərazidən keçən qatarların və avtomobillərin də hərəkəti məhdudlaşdırılıb. Ümumilikdə hərbi anbarın ərazisi 680 hektardan çoxdur.

Ukrayna Baş Qərargahının yaydığı məlumatda qeyd olunur ki, silah anbarında ilk partlayış oktyabrın 9-a keçən gecə saat 03:00 radələrində baş verib. Partlayış nəticəsində xəsarət alan yoxdur. Ümumilikdə 10 minə yaxın insan təxliyə olunub.

214
Teqlər:
anbar, partlayış, Ukrayna, silah
Əlaqədar
Bakı Komissarları küçəsində bomba partladıldı: Yaralananlar var
Bakıya uçan təyyarənin sərnişini hava laynerini partladacağı ilə hədələyib
Biləsuvarda 81 ədəd partlamamış hərbi sursat aşkarlanıb
Kimyəvi zavod partladı, 6 nəfər öldü
Biləsuvarda iki ədəd partlamamış hərbi sursat aşkar edilib