Tehran şəhəri, arxiv şəkli

Qonşuda qum fırtınası: 140-dan çox insan yaralandı

116
(Yenilənib 03:17 09.10.2018)
Vilayət rəhbərləri bölgələrdə olan yaşlı və xəstə sakinləri evlərində qalmağa çağırıb.

BAKI, 9 oktyabr — Sputnik. İranın cənub-şərqində baş verən qum qasırğası nəticəsində 140-dan çox şəxs xəsarət alıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə böhranın nizamlanması üzrə yerli idarənin rəhbəri Əbdürrəhman Şahnəvazi bildirib.

Məlumata əsasən, şənbə günündən bəri Sistan və Bəlucistan vilayətlərinin 145 sakini tənəffüs, göz və ürəyində yaranan problemlərlə bağlı xəstəxanaya müraciət edib. Onlardan 27-i xəstəxanaya yerləşdirilib.

Şahnavazinin sözlərinə görə, küləyin sürəti saatda 104 kilometrə çatıb. Vilayət rəhbərləri bölgələrdə olan yaşlı və xəstə sakinləri evlərində qalmağa çağırıb.

116
Teqlər:
külək, sürət, yaralı, qum fırtınası, İran