İdlib şəhəri

Rusiya Türkiyənin toqquşduğu şəhərdən yeni məlumat gəldi

180
(Yenilənib 00:41 09.10.2018)
İdlibdə yaradılacaq təhlükəsizlik zonasına birgə nəzarət ediləcək

BAKI, 9 oktyabr — Sputnik. Suriya müxalifətinin silahlı qüvvələri və hökumət əleyhinə olan digər qüvvələr oktyabrın 8-də ağır silahları İdlib əyalətinin silahsızlaşdırılmış zonasından çıxarıb. Sputnik Azərbaycan bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, müxalif qüvvələr bu prosesi həyata keçirmək üçün bütün gecəni işləyib. Cəbhə xətti boyunca yaradılacaq təhlükəsizlik zonasında SSRİ istehsalı olan Qrad raketləri, minomyotlar və orta mənzilli raketlər qalmayıb.

Bu arada Türkiyə silahsızlaşdırılmış zonaya zirehli maşınlar göndərib. Bu zirehli maşınlar Rusiya tərəfi ilə birgə regionda patrul xidməti həyata keçirəcək.

Qeyd edək ki, 17 sentyabrda Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Soçi sazişi imzalayıblar. Bu sazişə əsasən, oktyabrın 15-dən etibarən Suriyanın İdlib bölgəsində silahlı müxalifətlə Bəşər Əsəd qoşunlarının təmas xətti boyunca 15-20 kilometr enliyində təhlükəsizlik zonası yaradılacaq. Bunun üçün oktyabrın 10-dək terrorçular, silahlı müxalifət və hökumət qüvvələri, o cümlədən onlara məxsus ağır hərbi texnika və silahlar həmin zonadan çıxarılmalıdır. İdlibdə yaradılacaq təhlükəsizlik zonasına Türkiyə və Rusiya birgə nəzarət edəcəklər.

180
Teqlər:
nəzarət, İdlib, Suriya, Rusiya, Türkiyə, müxalifət, silah
Əlaqədar
Tarixi İdlib razılaşması əldə edildi
İdlib sakinləri səksəkədə
BMT Türkiyə üçün xoşagəlməz İdlib raportunu açıqlayıb
Rusiya-Türkiyə-İran birliyini sınayan proses - "İdlib başağrısı"