“Başına kokos düşsün” bunu deyirlər?

CC0 / Pexels / CoconutsKokos ağacı
Kokos ağacı - Sputnik Azərbaycan
Abunə olmaq
Kokos qadının başına dəyib və o, zərbədən yerindəcə ölüb

BAKI, 9 oktyabr — Sputnik. Şri-Lanka adasında qəribə hadisə baş verib. Belə ki, meymun yaşlı qadına kokos ataraq onu öldürüb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə paytaxtdan 150 kilometr aralıda yerləşən Xalanqamuva  kəndində baş verib. Olay 72 yaşlı Ranjani Kularatnanın evinin qarşısında oturduğu zaman yaşanıb. Yaxınlıqdakı palma ağacına çıxan meymun, qadına kokos atıb. Kokos qadının başına dəyib və o, zərbədən yerindəcə ölüb.

Kokosun çəkisi 1,5-2 kiloqram olur. Onun qabığı son dərəcə sərtdir və xüsusi alət olmasa, qırmaq olmur.

Bəzi məlumatlara görə, hər il kokos zərbəsindən ölənlərin sayı köpək balığının hücumu nəticəsində ölənlərin sayından çoxdur. Amma bunu təsdiq və ya təkzib edən statistika yoxdur.

Xəbər lenti
0