Bıçaq

Adam “nəfəs almaq” üçün başını bıçaqla deşdi VİDEO

135
(Yenilənib 01:48 09.10.2018)
Güman edildiyinə görə, kişi əqli cəhətdən problemli şəxsdir

BAKI, 9 oktyabr — Sputnik. Rusiyanın Rostov vilayətində polis cinayət hadisəsini araşdıran zaman şoka düşüb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisə bir kişinin başından zədə aldığı barədə xəbər verilib. Hadisə yerinə gedən polislər başına bıçaq sancılmış adamı xəstəxanaya aparıblar. Hadisə ilə bağlı cinayət işi açılıb.

Həkimlər bildiriblər ki, bıçağı adam özü başına sancıb. Bunu adamın özü həkimlərə etiraf edib. O, deyib ki, burnundan nəfəs ala bilmədiyi üçün başından deşik açaraq nəfəs almağı düşünüb.

Güman edildiyinə görə, kişi əqli cəhətdən problemli şəxsdir. Onun başına bacaq sancmasından sonra sağ qalması isə tibdə möcüzə sayılır.

135
Teqlər:
xəstəxana, baş, bıçaq, Rusiya, Rostov