Ümumdünya Səhiyyə Təşkilatının loqosu

Vərəm tüğyan edir “SOS” verildi

657
(Yenilənib 20:32 08.10.2018)
2017-ci ildə 1,3 milyon insan bu xəstəlikdən ölüb

BAKI, 8 oktyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı vərəmin daha çox yayıldığı bölgələrin adını açıqlayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, İlk yerdə Lesato krallığıdır. Məlumata görə, burada hər 100 min nəfərdən 665-i vərəm xəstəliyinə tutulub. Cənubi Afrikada 100 min nəfərə 567, Filippində isə 554 nəfər yoluxub. Bundan başqa, təhlükəli ölkələrin beşliyinə Mozambik (551), Qabon da (529) düşüb.

ÜST ekspertlərinin fikrincə, vərəm ölümcül xəstəliklərdəndir. Belə ki, 2017-ci ildə 1,3 milyon insan bu xəstəlikdən ölüb.

Xəstəlik daha çox Afrika və Şərqi Asiyada yayılıb. 2017-ci ildə Hindistanda 2 milyon 740 min, Çində isə 889 min insan bu xəstəliyə yoluxub.

Statistikaya görə, qərb ölkələri demək olar ki, vərəmə qalib gəlib. ABŞ-da 100 min nəfərə 3 vərəmə yoluxma halı, İrlandiya və Avstraliyada 7, Böyük Britaniyada 9 hal qeydə alınıb.

Barbados, Virciniya adaları, Monakoda Kuka adaları, Montserat adası və San Marinoda 2017-ci ildə bir yoluxma faktı belə qeydə alınmayıb.

Qeyd edək ki, xəstəliyin oyadıcısı "Mycobacterium tuberculosis" bakteriyasıdır. Bu virus bütün orqanları vura bilsə də, ilk növbədə ağciyərlərə “hücum edir”. Sağlam insanın immuniteti xəstəliklə mübarizə apara bilir. Ancaq bəzən xəstəlik çox ciddi fəsadlara səbəb olur.

657
Teqlər:
virus, ağciyər, xəbərdarlıq, vərəm, Ümumdünya Səhiyyə Təşkilatı
Əlaqədar
Azərbaycanda vərəm xəstələrinin sayı açıqlandı
Möcüzə: Vərəm diaqnozu qoyan siçovullar
Azərbaycana yoluxucu xəstəlik keçə bilərmi - Qonşu ölkədən cavab
Amansız xəstəlik yayılıb, çinlilər qırılır
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Çavuşoğlu Minnixanova zəng etdi: Türkiyə Tatarıstana hər cür dəstək verməyə hazırdır

2
Telefon danışığı zamanı Mövlud Çavuşoğlu Rüstəm Minnixanova Kazanda törədilən silahlı insidentlə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başsağlığını çatdırıb.

BAKI, 11 may - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiya Federasiyasının Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov arasında telefon danışığı olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, telefon danışığı zamanı Mövlud Çavuşoğlu Rüstəm Minnixanova Kazanda törədilən silahlı insidentlə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başsağlığını çatdırıb.

Nazir ehtiyac olduğu halda Türkiyənin Tatarıstana hər cür dəstək verməyə hazır olduğunu da vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiyanın Kazan şəhərində orta məktəbə silahlı hücum olub. Hücum nəticəsində çoxu azyaşlı olmaqla 9 nəfər həlak olub, onlarla insan yaralanıb.

2
Türkiyə Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli

Türkiyə XİN Kazandakı terror aktı ilə bağlı Rusiya Tatarıstana başsağlığı verib

4
(Yenilənib 16:23 11.05.2021)
“Dost Rusiya Federasiyasına və Tatarıstan xalqına dərin hüznlə başsağlığı veririk”, - deyə XİN-in bəyanatında qeyd olunur.

BAKI, 11 may - Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi Rusiyanın Kazan şəhərində çox sayda insanın ölümünə səbəb olan silahlı terror aktını qınayan bəyanat yayıb.

Sputnik Türkiyə xəbər verir ki, nazirlik bəyanatında bu mənfur hücumda həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyib.

“Dost Rusiya Federasiyasına və Tatarıstan xalqına dərin hüznlə başsağlığı veririk”, - deyə XİN-in bəyanatında qeyd olunur.

Xatırladaq ki, bü gün Tatarıstanın paytaxtı Kazan şəhərində Fayzi küçəsində yerləşən 175 saylı orta məktəbdə iki nəfər məktəbliləri və müəllimləri atəşə tutub. Nəticədə xeyli sayda uşaq və müəllim həyatını itirib, yaxud da yaralanıb. Hadisəni törədən 19 yaşlı şəxs saxlanılıb, bir yeniyetmə isə zərərsizləşdirilib. 

4

İlham Əliyev xanımı Tatarıstan Prezidentinə başsağlığı veriblər

0
(Yenilənib 19:54 11.05.2021)
"Kazan şəhərindəki 175 nömrəli məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması haqqında xəbəri dərin hüznlə qəbul etdik".

BAKI, 11 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Tatarıstan Prezidenti Rüstəm Nurqaliyeviçə Kazanda baş vermiş atışmada həlak olanlarla əlaqədar başsağlığı veriblər.

Başsağlığı mətnində deyilir: 

"Hörmətli Rüstəm Nurqaliyeviç.

"Kazan şəhərindəki 175 nömrəli məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması haqqında xəbəri dərin hüznlə qəbul etdik.

Bu əvəz edilməz itkiyə görə dərdinizə şərik olaraq Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən baş sağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirik".

 

0