Haitidə 5,9 bal gücündə zəlzələ olub

Dünya yeni zəlzələ ilə titrədi, xeyli sayda ölən yaralananlar var

341
(Yenilənib 14:54 08.10.2018)
Zəlzələ Porte-de-Paix şəhərindən 19 kilometr şimali-şərqdə, yerin 11,7 kilometr dərinliyində meydana gəlib

BAKI, 8 oktyabr — Sputnik. Haitidə zəlzələ qurbanlarının sayı artır. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, dünən Haitidə 5,9 bal gücündə zəlzələ olub.

Vətəndaşların Müdafiəsi İdarəsinin verdiyi məlumata görə, zəlzələ zamanı 12 nəfər dünyasını dəyişib. Bundan başqa, Port-de-Paixdə 152, Gros-Mornedə 30 nəfər xəsarət alıb.

Porte-de-Paix, Gros-Morne, Chansolme və Turtle adalarına böyük zərər dəyib. ABŞ Geoloji Araaşdırmalar İdarəsinin məlumatına görə, zəlzələ Porte-de-Paix şəhərindən 19 kilometr şimali-şərqdə, yerin 11,7 kilometr dərinliyində meydana gəlib.

Qeyd edək ki, 2010-ci ilin Haitidə baş verən 7,1 bal gücündə zəlzələ zamanı da xeyli sayda insan ölmüşdü.

341
Teqlər:
Haiti, zəlzələ, insan
Əlaqədar
İndoneziyada dəhşətli zəlzələnin nəticələri göstərildi - VİDEO
İndoneziya ləngər vurur, dalbadal daha 170 zəlzələ oldu
Zəlzələ və sunami İndoneziyada 384 can aldı
Antalyada zəlzələ olub
Azərbaycanda zəlzələ oldu