Американский актер Бен Аффлек

Erməni dayə məşhur cütlüyü boşatdırdı

111
(Yenilənib 23:15 07.10.2018)
Cütlük 2015-ci ilin iyulunda boşanacaqlarını elan edib

BAKI, 7 oktyabr — Sputnik. Hollivud ulduzları Cenifer Qarner və Ben Afflek boşanma haqqında sənədi imzalayıblar. 

Sputnik Azərbaycan-ın məlumatına görə, cütlük 2015-ci ildən bir yerdə yaşamır. 

İndi boşanmanın rəsmiləşməsi üçün sənədlər Los-Anceles mahal Ali məhkəməsinə göndəriləcək. Cütülüyün ilin sonunadək rəsmən boşanacağı gözlənilir. 

Cütlük 2015-ci ilin iyulunda boşanacaqlarını elan edib. Boşanmanın təşəbbüskarı Cenifer Qarner olub. Bundan əvvəl isə Ben Afflekin uşaqların dayəsi erməni əsilli Kristin Uzunyan ilə eşq macərası yaşadığı barədə məlumatlar yayılmışdı.  

111