Londonda metronun qarşısında polis maşını

Tuneli tikən şirkətin başçısını elə həmin tunelə atdılar - VİDEO

89
(Yenilənib 19:33 06.10.2018)
Video görüntülərdə 46 yaşlı Pol Krosslinin Malpasa qaçaraq yaxınlaşdığı və onu qatar yoluna itələdiyi göstərilir

BAKI, 6 oktyabr — Sputnik. Britaniya Nəqliyyat Polisi London metrosunda cinayətkarın "Eurotunnel"in sabiq başçısı 91 yaşlı ser Robert Malpası platformaya atmasının görüntülərini əks etdirən video görüntüləri yayımlayıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Video görüntülərdə 46 yaşlı Pol Krosslinin Malpasa qaçaraq yaxınlaşdığı və onu qatar yoluna itələdiyi göstərilir.

Məlumata əsasən, yaşlı kişini otel işçisi qatarın gəlməsinə bir dəqiqə qalmış Riyad Əl Hüseyni adlı şəxs xilas edib.

Malpas başından yaralanıb.

"Mən düz hərəkət etmədiyimi bilirdim. Mən sadəcə ötən gün yaxşı yata bilməmişdim", — deyə 17 yaşında paranoik şizofreniya diaqnozu qoyulan Pol Krossli bildirib.

89