Amerikalı aktyor, kinorejissor Stiven Siqal

Məşhur aktyor zorlama sualından niyə qaçdı? VİDEO

51
(Yenilənib 04:14 06.10.2018)
Aktrisa Regina Simons iddia edir ki, Siqal onu 1993-cü ildə öz evində zorlayıb

BAKI, 6 oktyabr — Sputnik. Amerikalı aktyor, kinorejissor Stiven Siqal zorlamada ittiham edilməsi ilə bağlı verilən sualı cavablandırmaqdan imtina edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, aktyor BBC telekanalına müsahibə verdiyi zaman jurnalist ona zorlamada ittiham edilməsi ilə bağlı sual ünvanlayıb.

Aktyor suala cavab vermək istəməyib. Həmin görüntü Tvitterdə paylaşılıb.

"Seks qalmaqalına düşmüşdünüz, sizi zorlamada ittiham edirdilər. Mənə maraqlıdır, siz bunun öhdəsindən necə gəldiniz" — deyə jurnalist sual verib. Siqal isə buna cavab olaraq qulaqcığı qulağından çıxararaq ayağa qalxıb və gedib.

Qeyd edək ki, Siqalı bir neçə qadına qarşı zorakılıqda ittiham edirlər. Aktrisa Regina Simons iddia edir ki, Siqal onu 1993-cü ildə öz evində zorlayıb.

51
Teqlər:
ittiham, zorlama, sual, Stiven Siqal, kinorejissor, aktyor