Cinsi həvəsi artıran Viagra həbləri. Arxiv şəkli

Risk etməyin, viaqranın daha bir əks-təsiri aşkar edilib

745
(Yenilənib 02:30 06.10.2018)
Rosen onu da bildirib ki, bu tibb tarixində bir ilkdir

BAKI, 6 oktyabr — Sputnik. İngiltərədə orta yaşlı kişi yüksək miqdarda viaqra qəbul etdiyi üçün görmə qabiliyyətini itirib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə tibb dünyasının əhəmiyyətli jurnallarından olan "Retinal Cases and Brief Reports"-da xəbər yayılıb.

Məlumata görə, araşdırmanın müəllifi həkim Riçard Rosen qeyd edib ki, insanlar çox zaman yüksək dozada dərman qəbul edərək, sağlam qalacaqlarını düşünürlər: "Yüksək dozada dərman qəbul etmək zərərlidir və araşdırmamda bu, bir daha sübuta yetirildi".

Rosen qeyd edib ki, 31 yaşlı bir kişi xəstəxanaya gələrək görmə problemi yaşadığını qeyd edib. Araşdırma zamanı onun qanında yüksək dozada viaqra olduğu müəyyən edilib.

"Xəstə görmə qabiliyyətinin zəiflədiyini və hər şeyi qırmızı pərdə arxasından gördüyünü deyirdi. Araşdırma zamanı xəstənin viaqraya bənzər dərman içdiyi məlum oldu. Yüksək dozada qəbul edilmiş dərman hüceyrələrdə dəyişikliyə səbəb olaraq görmə qabiliyyətinin itirilməsi ilə nəticələnir" — deyə həkim qeyd edib.

Rosen onu da bildirib ki, bu, tibb tarixində bir ilkdir.

745
Teqlər:
korluq, fəsad, viaqra

Türkiyənin Çorum vilayətində zəlzələ baş verib

7
Bildirilir ki, ətraf bölgələrdə də hiss olunan yeraltı təkan yerli əhalidə təşviş yaradıb. Dağıntı və zərərin müəyyən edilməsi üçün araşdırma aparılır.

BAKI, 11 aprel - Sputnik. Türkiyənin Çorum vilayətinin Dodurga rayonunda yerli vaxtla saat 17.06-da (Bakı vaxtı ilə 18.06) Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, ətraf bölgələrdə də hiss olunan yeraltı təkan yerli əhalidə təşviş yaradıb.

Dodurga bələdiyyəsinin sədri Mustafa Aydın bildirib ki, yeraltı təkan nəticəsində insan tələfatı yoxdur. Dağıntı və zərərin müəyyən edilməsi üçün araşdırma aparılır.

7
Gürcüstanda epdimioloji vəziyyət

Gürcüstanda COVID-19-un üçüncü dalğası başlayıb

3
Son sutka ərzində Gürcüstanda 707 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb.

BAKI, 11 aprel - Sputnik. Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb. Hökumət üçüncü dalğanın daha böyük fəsadlara səbəb olmaması və genişmiqyaslı epidemiyaya çevrilməməsi üçün tədbirlər görür.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze məlumat verib. Baş epidemioloq cəmiyyəti tətbiq olunan qaydalara riayət etməyə çağırıb.

Məlumat üçün qeyd edək ki, son sutka ərzində Gürcüstanda 707 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb. Onların da 277 min 303-ü müalicə olunub. Koronavirusdan son sutka ərzində 8 nəfər dünyasını dəyişib.

3
Нож в руке мужчины, фото из архива

Qazax sakini həmkəndlisi tərəfindən bıçaqlandı

0
(Yenilənib 00:00 12.04.2021)
37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

BAKI, 11 aprel - Sputnik. Qazaxda bıçaqlanma hadisəsi baş verib.

APA bildirir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Zaur Seyfəddin oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilib.

Məlumata əsasən, 37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

0