Benyamin Netanyahu

Baş naziri məhşər ayağına çəkdilər, 4,5 saat sorğu-sual olub

48
İsrail polisi Benyamin Netanyahunu korrupsiya işi üzrə 12-ci dəfə dindirib

BAKI, 6 oktyabr — Sputnik. İsrail polisi rüşvətxorluq və vəzifədən sui-istifadə işi çərçivəsində baş nazir Benyamin Netanyahunu 4,5 saat ərzində dindirilib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

"Netanyahunun sorğusu baş nazirin Qüdsdəki iqamətgahında 4,5 saat çəkib" — "Kan" televiziyası məlumat yayıb.

Xatırladaq ki, İsrail polisi Benyamin Netanyahunu korrupsiya işi üzrə 12-ci dəfə. İsrailin hökumət başçısının adı "3000 saylı iş" üzrə bilavasitə fiqurant kimi hallanmasa da, onun şəxsi vəkilli David Şimronun adı Almaniyanın gəmiqayırma şirkətləri ilə əlaqələri olan şübhəlilərin siyahısındadır.

Netanyahu vəkilinin Almaniyanın sənaye şirkətləri ilə əlaqələrinin olmasından bixəbər olduğunu bildirib. Onun sözlərinə görə, "Delfin" tipli üç sualtı qayığın alınması ilə bağlı qərarı tam şəffaf olub və heç bir şəxsi səviyyədə olan münasibətlər bu qərarın qəbul olunmasına təsir etməyib.

Qeyd edək ki, İsrail baş nazirinin adı, bundan başqa "1000 saylı" cinayət işində hallanır. Həmin istintaqa görə, Netanyahu işgüzar dairələrdən, ümumilikdə 300 min dollar məbləğində hədiyyə qəbul etməkdə şübhəli bilinir.

48
Teqlər:
sorğu-sual, Qüds, korrupsiya, rüşvət, Benyamin Netanyahu, İsrail
Əlaqədar
Netanyahunun adı yeni qalmaqala qarışıb, növbəti dəfə istintaqa çağırılıb
Netanyahunun ailə üzvlərinin adı rüşvət qalmaqalında keçir
Netanyahunu məşhər ayağına çəkdilər
Məhkəmə son mərhələdə: Netanyahunu nə gözləyir?
Şarl Mişel, arxiv şəkli

Şarl Mişel İlham Əliyevə zəng vurub: "Narahatıq"

28
(Yenilənib 19:47 30.09.2020)
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel təmas xəttində hərbi əməliyyatların başlamasından narahatlığını ifadə edib və münaqişənin sülh yolu ilə nizamlanmasının zəruri olduğunu bildirib.

BAKI, 30 sentyabr — Sputnik. Sentyabrın 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sputnik Azərbaycan Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel təmas xəttində hərbi əməliyyatların başlamasından narahatlığını ifadə edib və münaqişənin sülh yolu ilə nizamlanmasının zəruri olduğunu bildirib.

Dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı törətdiyi və bu gün də davam edən növbəti hərbi təxribatı ilə bağlı vəziyyət barədə məlumat verərək qeyd edib ki, sentyabrın 27-də Ermənistan tərəfinin qoşunların təmas xətti boyu yaşayış məntəqələrimizi, hərbi birləşmələrimizin mövqelərini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində 14 mülki şəxsimiz və hərbi qulluqçularımız həlak olublar.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ordusu buna cavab olaraq əks-hücum əməliyyatları həyata keçirir. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Belə ki, Ermənistan baş nazirinin "Dağlıq Qarabağ Ermənistandır" bəyanatı danışıqlar prosesinə ciddi zərbə vurub. "Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır" bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və Minsk qrupunun rəhbərliyi də bunu bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır, hərbi cinayətdir. Prezident İlham Əliyev bildirib ki, Ermənistan baş naziri hələ sentyabrın 27-si hərbi toqquşmalar baş verməzdən əvvəl on minlərlə könüllüdən ibarət hərbi birləşmələrin yaradılması barədə qərar vermişdi. Bu, Ermənistanın növbəti təcavüzə hazırlaşması mənası daşıyırdı.

Dövlətimizin başçısı Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyətin Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

28
Almaniya bayrağı Belində parlamentin binası üzərində, arxiv şəkli

Almaniya Türkiyə Rusiyanı Azərbaycan Ermənistana təsir etməyə çağırdı

29
(Yenilənib 19:14 30.09.2020)
Dağlıq Qarabağda münaqişənin dramatik şəkildə gərginləşməsi göstərir ki, dondurulmuş münaqişələri həll edilmiş münaqişələr etmək lazımdır, əks halda, onlar daima gərginləşəcək.

BAKI, 30 sentyabr — Sputnik. Almaniya Ermənistan və Azərbaycan münaqişəsinin uzunmüddətli həlli üçün Rusiya və Türkiyəni Cənubi Qafqazda öz "xüsusi" təsirindən istifadə etməyə çağırır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin Dövlət naziri Mixail Rot bildirib.

"Dağlıq Qarabağda münaqişənin dramatik şəkildə gərginləşməsi göstərir ki, dondurulmuş münaqişələri həll edilmiş münaqişələr etmək lazımdır, əks halda, onlar daima gərginləşəcək. Biz Ermənistan və Azərbaycanla, həmçinin region üzrə tərəfdaşlarla sıx əlaqədəyik", - deyə Almaniya Xarici İşlər Nazirliyinin Dövlət naziri bildirib.

O xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının təşəbbüsü ilə döyüşlərə son qoyulması üçün bir qətnamə qəbul edib.

29
Tamaşa zalı, arxiv zalı

Şuşa Teatrı öz tamaşalarını Qarabağda səhnələşdirəcək

0
(Yenilənib 21:49 30.09.2020)
Teatr Xadimləri İttifaqı: Teatr ictimaiyyəti olaraq, dünya ictimaiyyətini, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq işinə fəal dəstək verməyə çağırırıq.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri Azər Paşa Nemətov teatr ictimaiyyəti adından erməni işğalçılarının qanlı 27 sentyabr təxribatı və Azərbaycan Ordusunun bütün cəbhəboyu əks hücuma keçməsi ilə əlaqədar bəyanat yayıb.

Sputnik Azərbaycan-a TXİ-dən göndərilən bəyanatda deyilir:

"Erməni işğalçıları növbəti dəfə təxribata əl ataraq sentyabrın 27-də müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutub. Xalqımız tarixən erməni xainliyi, düşmən təxribatı ilə üz-üzə qalsa da, öz qətiyyəti, mübarizliyi sayəsində bu sınaqdan üzüağ, alnıaçıq çıxıb. Erməni faşizminin növbəti təzahürü olan bu təxribat bütün xalqımız kimi Teatr Xadimləri İttifaqını və bütün teatr ictimaiyyətini dərindən hiddətləndirib. Teatr ictimaiyyəti olaraq bəyan edirik ki, Ermənistan silahlı qüvvələrinin insanlığa qarşı yönələn cinayətlərini qəti surətdə lənətləyir, işğalçı qonşularımızın və onların havadarlarının haqq və ədalət qarşısında cavab verəcəklərinə inanırıq. Dünya ictimaiyyətini, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq işinə fəal dəstək verməyə çağırırıq.

Qüdrətli dövlət rəhbəri və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu bir neçə gündür işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı rəşadətlə mübarizə apararaq, əzəli dədə-baba torpaqlarımızın düşmən təcavüzündən azad olunması üçün böyük ruh yüksəkliyi ilə silaha sarılıb.

Ölkəmizin Ali Baş Komandanının xalqa müraciətində dediyi kimi, bu təxribat erməni faşizminin növbəti təzahürüdür. Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biri kimi zaman-zaman düşmən təxribatına layiqli cavab verib, şəhidlərimizin, mülki vətəndaşlarımızın qisası alınıb, onların qanı yerdə qalmayıb. Yenilməz Azərbaycan əsgəri, hərbçi və zabitlərimiz canları və qanları bahasına yeddi kəndimizi, bir sıra strateji yüksəklikləri düşməndən təmizləyib. Bütün beynəlxalq hüquq və normaları tapdalayan faşist mahiyyətli düşmən ordusu cəbhə bölgəsində dinc sakinləri hədəfə alır, mülki obyektlərə zərbələr endirir. Lakin qeyrətli Vətən oğullarımız düşməndən bunun qisasını alır. Ermənistanın məhv olunan canlı qüvvəsi, sıradan çıxarılan hərbi texnikası bunun bariz nümunəsidir.

Müharibə can və qan itkisi, qeyrətli Vətən oğullarının uca şəhadəti deməkdir. Lakin biz canımızı, qanımızı ana yurdumuz üçün, elimiz-obamız üçün fəda etməkdən çəkinmirik. Azərbaycan xalqı öz şəhidlərini qürurla qarşılayır, onları torpağa əmanət edib ruhları qarşısında baş əyir.

Bu şərəfli yolda bütün xalqımız, bütün teatr ictimaiyyəti Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib. Biz qələbə çalacağıq. Bütün Azərbaycan teatrları, eləcə də Şuşa Teatrı öz tamaşalarını Qarabağda səhnələşdirəcək. Əminik ki, Tanrı Şuşaya üçrəngli bayrağımızı sancmağı məhz Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bizə nəsib edəcək. O böyük zəfər günündə hamımız bir yerdə olacağıq. Qələbə Azərbaycan xalqının əbədi haqqıdır!"

0