Andreas Bazori

Əfsanəvi varlıqlar var, aramızdadır, tabutda yatır, qan içirlər FOTOLAR

157
(Yenilənib 02:49 06.10.2018)
Gənc onu da iddia edir ki, gecə yuxuda ona seçilmiş biri olduğu deyilib

BAKI, 6 oktyabr — Sputnik.  Vampir olduğunu deyən Rumıniya əsilli Andreas Bazori əfsanəvi “Drakula” kimi tabutda yatır, qan içir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Bazori vampirlərin xəyal məhsulu olmadığını və aramızda gəzdiklərini  iddia edir. Nadir hallarda tabutda yatdığını deyən gənc bu addımı ölənlərin ruhu ilə münasibətə girmək üçün etdiyini bildirir. Bazori qeyd edir ki, bir gecə yuxuda sərkərdə tərəfindən qonaq edilib və həmin gün qanın dadına baxıb.

Gənc onu da iddia edir ki, həmin gecə yuxuda ona seçilmiş biri olduğu deyilib.

"Müasir vampir dünyasından uzağam. Mən adət-ənənələrimi 600 ildir ki, mühafizə edirəm. Müasir vampir qrupları seksdən ibarətdir. Bu da vampirin varlığı ilə üst-üstə düşmür" – deyə o bildirir.

Andreas qan sormaq üçün boyun dişləmədiklərini, bir qrup tərəfindən könüllü bağışlanan qanı içdiklərini deyir: "Sadəcə bağışlanan qanlarla qidalanırıq. Seks kimi qan içmənin də sağlamlıq baxımından riskləri var. Yəqin ki, vampir olduğunuzu öyrənən zaman sizə öz qanını bağışlamaq istəyən yüzlərlə insanın olduğuna inanmayacaqsınız".

157
Teqlər:
qan, tabut, Rumıniya, Drakula, Vampir