ABŞ və Çin bayraqları

Dünya təlatüm qarşısında: Çin ABŞ yüni müharibə astanasındadırlar

62
(Yenilənib 00:54 06.10.2018)
Artıq bir müddətdir ki, ABŞ və Çin arasında ticarət müharibəsi gedir

BAKI, 6 oktyabr — Sputnik. Çin rəhbərliyi ABŞ siyasətinə daha aktiv şəkildə müdaxilə etməyə cəhd edir. Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ-ın vitse-prezidenti Mayk Pens çıxış edib.

Agentlik çıxışı analiz edərək belə bir qənaətə gəlib ki, Pensin sözləri ABŞ və Çin arasında olan qarşıdurmanı daha da qızışdıracaq.

Vitse-prezident Çinin Birləşmiş Ştatlar rəhbərliyində olan fikir ayrılığından istifadə edərək öz xeyrinə istifadə etmək cəhdlərindən danışıb. Bununla bağlı çıxışda Rusiya ilə bağlı hissə silinib.

"Kəşfiyyat idarəsində olan yüksək rütbəli məmur bu yaxınlarda mənə dediyi kimi, Rusiyanın hərəkətləri Çinin ölkə boyu etdiyi şeylərin yanında heçdir" — deyə Pensin çıxışında bildirilir.

Qeyd edək ki, artıq bir müddətdir ABŞ və Çin arasında ticarət müharibəsi gedir.

Amerika Birləşmiş Ştatları (ABŞ) sentyabr ayından başlayaraq Çindən 200 milyard dollar dəyərində idxal olunan mallara 10% dəyərində yeni gömrük rüsumu tətbiq edib. 2019-cu ilin yanvar ayının 1-dən etibarən isə gömrük rüsumları 25%-ə qədər qaldırılacaq.

Çin dövləti də buna qarşılıq olaraq ABŞ-dan idxal olunan məhsullara gömrük rüsumları tətbiq edəcəyini bildirib. Ekspertlər dünyanın iki nəhəng iqtisadiyyatına malik ölkələr arasında gömrük rüsumları ilə bağlı yaşananların dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcəyini vurğulayırlar.

62
Teqlər:
iqtisadiyyat, müharibə, ABŞ, Çin