S-400

Amerika "nokauta" salınır: Daha bir ölkə "S-400" alacaq

522
(Yenilənib 23:22 05.10.2018)
Zenit raket komplekslərinin beş alayının alınması Hindistana 5,43 milyard dollara başa gələcək

BAKI, 5 oktyabr — Sputnik. Moskva və Dehli Hindistana "S-400" zenit raket komplekslərinin satılmasına dair saziş bağlayıb.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə müvafiq razılaşma Rusiya prezidenti Vladimir Putinin Hindistana səfəri zamanı imzalanıb.

Zenit raket komplekslərinin beş alayının alınması Hindistana 5,43 milyard dollara başa gələcək. Hindistan Çin və Türkiyədən sonra bu raketləri alan üçüncü xarici ölkə olacaq.

Qeyd edək ki, ABŞ “S-400”ləri alacağı təqdirdə Hindistana da sanksiyalar tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Vaşinqtonun bundan sonra hansı addım atacağı bilinmir.

522
Teqlər:
hədə, ABŞ, sanksiya, "S-400" raketləri, Hindistan
Əlaqədar
ABŞ-dan daha bir ölkəyə S-400 hədəsi
Pentaqon Türkiyəni "S-400"-dən imtina etməyə çağırıb
Lavrov: "Türkiyəyə S-400 verilməsi Rusiya üçün risk deyil"
ABŞ "S-400"-lərə görə Türkiyəni sanksiya ilə hədələdi
Rusiya: S-400-ü ABŞ-a da sata bilərik