BAKI, 5 oktyabr — Sputnik. Fransa polisi "İnterpol"un rəhbəri Men Xunveyin itkin düşməsi faktı ilə bağlı araşdırmalara başlayıb. Bu barədə Sputnik Azərbaycan "Independent" nəşrinə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, 64 yaşlı Men Xunvey son bir həftədir əlaqəyə çıxmır. Sonuncu dəfə onu sentyabrın 29-u Çinə gedərkən görüblər.
Onun itkin düşməsi barədə ərizəni polisə Xunveyin Lionda yaşayan həyat yoldaşı verib.
2016-cı ildə Çinin ictimai təhlükəsizlik nazirinin müavini Men Xunvey "İnterpol"un prezidenti seçilib.
BAKI, 26 fevral — Sputnik. Albomları və "A Star Is Born" filmindəki aktrisalıq qabiliyyəti ilə müzakirələrə səbəb olan Ledi Qaqa xarici görünüşündə dəyişiklik edib.
Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, 35 yaşlı Qaqa Roma şəhərində yeni stildə görüntülənib. Tanınmamaq üçün maska və qara gün eynəyindən istifadə edən ifaçının bu cəhdi boşa çıxıb.
Hazırda film çəkillişlərində iştirak edən Ledi geyim tərzini və saç rəngini dəyişib. O, bunu rol aldığı ekran işi üçün edib.
Qeyd edək ki, Qaqa "Gucci" adlı ekran əsərində çəkilir.
BAKI, 26 fevral — Sputnik. Bosniyalı rejissor Jasmila Jbanicin Türkiyənin TRT yayımçısı və TRT ilə əməkdaşlığı ilə lentə alınan, Srebrenitsa soyqırımından bəhs edən "Hara gedirsən, Aida?" ("Quo Vadis, Aida?") adlı filmi "Ən yaxşı xarici film" nominasiyasında "Oscar" mükafatına namizəd olub.
Sputnik Azərbaycan "TRT Russian"-a istinadən xəbər verir ki, filmdəki hadisələr Srebrenitsa şəhərindəki BMT bazasında, qadınlar və uşaqlar da daxil olmaqla minlərlə Bosniyalının Serbiya ordusu tərəfindən öldürüldüyü yerlərdə lentə alınıb. Sarayevoda anadan olan Jbanic, Bosniya müharibəsinin izlərini, o günlərin şahidlərinin dilindən təsvir edib. "Hara gedirsən, Aida?" filmi nüfuzlu "Venesiya" və "Toronto" film Festivalı da daxil olmaqla, bir çox film festivallarında mükafat qazanıb.
Qeyd edək ki, Srebrenitsa soyqırımı 1995-ci ilin iyulunda, keçmiş Yuqoslaviyada baş verib. Bu soyqırımı zamanı Serb ordusu ən azı 8300 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirib.
BAKI, 27 fevral — Sputnik. Abdulla Şaiqin 140 illik yubleyi ilə bağlı "Tıq-tıq xanım" nağılı ingilis dilinə tərcümə edilib.
Sputnik Azərbaycan xəbər verir ki, görkəmli Azərbaycan bəstəkarı Tofiq Bakıxanovun İsveçdə yaşayan nəvəsi Nadim Əliyev Abdulla Şaiqin 140 illik yubileyi ilə bağlı maraqlı bir təşəbbüs göstərərək ədibin uşaqlar üçün qələmə aldığı "Tıq-tıq xanım" nağılını ingilis dilinə tərcümə edib.
Nağılın ingilis dilində tərcüməsi kitab formatına salınıb. Kitabdakı illüstrasiyaların müəllifi Aleks Bjelicadır.