Xərçəng xəstəliyi

"Xərçəng olduğum dəqiqləşsə, vəzifəmdən istefa verəcəyəm"

569
(Yenilənib 14:45 05.10.2018)
"Və ondan sonra fəaliyyətimi başqa heç bir yerdə davam etdirməyəcəyəm"

BAKI, 5 oktyabr — Sputnik. Filippin prezidenti ağır xəstəliyinə görə istefa verə bilər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Filippin prezidenti Rodriqo Duterte tibbi müayinənin cavablarını gözləyir.

"Əgər xərçəng diaqnozu qoyularsa, bunu xalqa açıqlayacağam. Əgər xəstəlik üçüncü dərəcəyə çatmış olsa və heç bir müalicəsi olmasa, mən öz vəzifəmdəm istefa verəcəyəm, üstəlik fəaliyyətimi başqa heç bir yerdə davam etdirməyəcəyəm" — deyə dövlət başçısı bəyan edib.

Duterte narkotacirlərlə radikal mübarizəsi və siyasi qalmaqallara səbəb olan ifadələri ilə məşhurdur.

Məsələn, o, əvvəllər "Əgər mənə Allahla selfi göstərsələr, vəzifəmdən istefa verəcəyəm" açıqlamasını vermişdi.

569
Teqlər:
xərçəng xəstəliyi, Rodriqo Duterte, Filippin, prezident, istefa
Əlaqədar
Filippin prezidenti yenə qeyri-adi davranışı ilə gündəmə gəldi
Rusiyadan Filippinə böyük jest
Obamanın anasına söyən Filippin prezidenti Tramp haqda nə dedi?