Turist 40 min dollar dəyərindəki üzüyü uddu

CC BY 2.0 / Brian Ambrozy / 2009.07.29.AbandonmentОбручальное кольцо в шкатулке, фото из архива
Обручальное кольцо в шкатулке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
USM müayinəsi brilyantı 2,5 karat olan 40 min dollarlıq üzüyün İrlandiyanın qarnında olduğunu göstərib

BAKI, 5 oktyabr — Sputnik. Türkiyənin Muğla şəhərinin Marmaris ilçəsində 54 yaşlı irlandiyalı İan Kampel qarnındakı brilyantın çıxarılması üçün xəstəxanaya aparılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, turist alış-veriş zamanı zərgərdən 40 min dollar dəyərində üzük oğurlayıb. O, öncə üzüyə baxmaq adı ilə onu satıcıdan alıb. Satıcının diqqətinin yayınmasından istifadə edən turist üzüyü ovucunda gizlədib və dükandan çıxmağa cəhd edib.

Baş verənləri görən satıcı turistin qarşısını kəsib. Tutulacağını anlayan İan Kampel isə üzüyü udub.

Bundan sonra məsələyə polis müdaxilə edib. Dindirmə zamanı İan özünü günahkar bilməyib. Lakin dükanda olan kameralardakı görüntülər turistin yalan danışdığını ortaya çıxarıb.

Üzüyü çıxartmaq üçün 54 yaşlı kişini xəstəxanaya aparıblar. USM müayinəsi brilyantı 2,5 karat olan 40 min dollarlıq üzüyün İrlandiyanın qarnında olduğunu göstərib.

Polis olayla bağlı araşdırma aparır.

Xəbər lenti
0