Ankaranın "göbəyində" İŞİD məktəbi aşkarlandı

© Sputnik / Anton Denisov / Mediabanka keçidAnkara
Ankara - Sputnik Azərbaycan
Abunə olmaq
Binada qondarma təhsil müəssisəsi yaradıldığı və yaşları 4-9 arasında dəyişən uşaqlara İŞİD ideologiyaları istiqamətində təhsil verildiyi müəyyənləşdirilib

BAKI, 5 oktyabr — Sputnik. Ankara polisi İŞİD ilə əlaqəli olduğu bildirilən "Tövhid" jurnalına aid təhsil müəssisəsi kimi istifadə edilən binada əməliyyat keçirib.

© Anadolu Ajansı / Haber3Ankarada İŞİD məktəbi
Ankarada İŞİD məktəbi  - Sputnik Azərbaycan
Ankarada İŞİD məktəbi

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları İŞİD dəstəklədiyi müəyyən edilən jurnalın təhsil müəssisəsi kimi istifadə etdiyi binaya giriblər.

Binada qondarma təhsil müəssisəsi yaradıldığı və yaşları 4-9 arasında dəyişən uşaqlara İŞİD ideologiyaları istiqamətində təhsil verildiyi müəyyənləşdirilib. Həmin uşaqlar ailələrinə təslim edilmək üçün polisə aparılıb. Bina isə möhürlənib.

İŞİD-in üst səviyyəli idarəedicisi olduğu bildirilən və məhbus həyatı yaşayan "Əbu Hənzələ" kod adlı Xalis Bayancukun da daha əvvəl zaman-zaman binaya gələrək, müzakirələr apardığı qeyd olunub.

Xəbər lenti
0